Əsas səhifə / Əsas menu / Evlilik / Eşq? Şəfqət? Şəhvət?
Bizi mobildən daha sürətli  izləyin

Eşq? Şəfqət? Şəhvət?

asssk

Bəzi qadınlar ana roluna o qədər öyrəşirlər ki, həyat yoldaşlarına da uşaqlarıymış kimi davranırlar. Onu qoruyur, hər istədiyini eləməyə çalışırlar. Həddindən artıq fədakar olurlar və özlərinin fiziki, duyğusal, cinsi istək və ehtiyaclarını yox sayırlar.

Başda bu qayğı kişilərin xoşuna gəlsə də, zamanla onlar, qarşılarındakı qadını bir zamanlar aşiq olduqları qadın olaraq yox, anaları kimi görməyə başlayırlar. Bu vəziyyət cütlüklər arasında sağlam münasibəti azaltdığı kimi, cinsi yaxınlığı da azaldır.

Özünüzə sual verin

  • Həyat yoldaşınızın yeməyi, geyimi tərzi və digər mövzularda bir ana kimi üstünə düşürsünüz?
  • Mütəmadi olaraq onu yoxlamaq ehtiyacı hiss edirsiniz?
  • Bir ana şəfqəti ilə yanaşıb, qoruyursunuz?
  • Həyat yoldaşınızın yaxşılığını düşünüb, ondan xəbərsiz qərarlar alırsınız?
  • Yataq otağında uşaqlarınızla yatıb, həyat yoldaşınızı qonaq otağında yatmağa məcbur edirsinizmi?

Əgər cavabınız “HƏ”dirsə, elə bu gün bundan vaz keçin. Çünki cütlüklər arasında şəfqət, qayğı, şəhvətdən üstündürsə, bu, münasibətə zərər verəcəkdir.

Unutmayın ki, onun bir anası var və ehtiyac duyduğu həyatını paylaşacağı, onu sevən gözəl bir qadındır.

Qadinklubu.com

 

 

Buna da baxın

Münasibətlərdə edilən 9 səhv

Whatsapp ilə Paylaş Mütəxəssis hipnoterapevt, psixoloq Gani Eser sevgililər arasındakı münasibətlərdə bitmə nöqtəsinə gətirən davranış …