Əsas səhifə / Manşet / Əti bişirməyin 7 üsulu
Bizi mobildən daha sürətli  izləyin

Əti bişirməyin 7 üsulu

et3

Ən çox güvəndiyiniz qəssabdan ən bahalı əti alıb, ən gözəl formada marine hazırlaya bilərsiniz. Ancaq əti düzgün bişirməsəniz, yemək də ləzzətli olmayacaq.

Adətən hamımızın sevdiyi və damaq dadına uyğun olan az, orta ya da çox bişmiş kimi bişirə bilsənizdə, ətin prizola, bonfile kimi də hazırlaya bilərsiniz. Hansı üsulla bişirirsinizsə, bişirin ətin ləzzətli olmağı üçün yağlı olması lazımdır. Sümüklü olması, sümüyü ilə birlikdə bişməsi  ətə daha da ləzzət qatır.

Qadinklubu.com əti ləzzətli bişirmək istəyənlərə 7 üsul təqdim edir:

Qaynatma

Qulağa xoş gəlməsə də, olduqca ləzzətli olan bişirmə üsullarından biridir. Qaynatma ətin ətrini qoruyur və qida dəyərinin itməməsinə görə tez-tez istifadə edilən üsullardan biridir. Qaynadıldıqda daha asan həzm edilən ət, qazanda qaynadılmış suya tökülüb qaynadılır. Əgər çox qaynadılarsa, ət yumşaq olacaq. Xüsusilə, kartof, kök, soğan qatılmış toyuğu kim sevməz?

Qızartma

Ət yağda qızardıldığında  sağlamlıq baxımından, o qədər də faydalı deyil. Öz yağında qızartma və az yağda qızartma olaraq, 2 qrupa ayrılan bu üsulda yağ tutumunuz olmalıdır. Qızartma üçün ən uyğun temperatur 200-250 dərəcə arasındadır.

Qovurma

Tələsirsiniz? Lazım olan bişirmə üsulu qovurmadır. Kiçik və nazik doğranmış ətlər, yapışmayan bir tavada yağ əlavə etmədən bişirilə bilər. Siz yenə də işi zəmanətə almaq üçün yağ istifadə edə bilərsiniz. Ərzaq məhsullarının tez bişməsi üçün bu üsul olduqca əlverişlidir. Taxta qaşığın köməyi ilə tez-tez qarışdırmağınız lazım olan ətin tərkibində olan vitaminlər qalır və qısa müddətdə bişir.

Aşağı temperaturda bişirmək

Ətə su tökmədən ya da çox az miqdarda əlavə edərək öz suyunda bişirə bilərsiniz. Bu üsul uzun müddət çəksə də, ləzzətli olacağına görə gözləməyə dəyər. Xüsusilə, quzu ətində, ya da saxsı qabda bişirirlən yeməklərdə ət uzun müddət bişirilir. Nəticədə, ət çox ləzzətli və yumşaq olur.

Manqalda qızartma

Qızartma üsulu ilə, birbaşa istilik verərək, bişirə bilərsiniz. Hər iki tərəfinin də bişməyindən əmin olmaq üçün, əti iki tərəfini də 3-5 dəqiqə bişirin. Əgər manqal edirsinizsə, ətin kömürə dəyməməsinə diqqət edin.

Sobada bişirmək

Sobanı əvvəlcədən 150-200 dərəcə arasında isidirsiniz. Ətinizin çox qızarmasını istəmirsinizsə, üstünü bağı şəkildə, əgər yaxşı qızarmasını istəyirsinizsə, üstü açıq halda  bişirə bilərsiniz. Sobada bişirmənin üstünlüyü ondadır ki, əlavə yağ tökməyinizə ehtiyac olmayacaq. Beləliklə, həm sağlam qidalana, həm də təşvişə düşmədən rahat bişirə bilərsiniz.

Rosto

Rosto etmək üçün əti orta temperaturda, tez-tez yağlayaraq, su tökmədən  və üstü açıq formada bişirmə üsuludur. Sobaya qoyulan ət az istilik və yağda üstü örtülü formada bişirilir. Bu üsulu yaşlı nəsil istifadə etməsə də, bilmək lazımdır.

Buna da baxın

Təbii duş gelinin hazırlanması

Whatsapp ilə Paylaş Hazırlayacağınız duş gelinin tərkibində kimyəvi maddə olmadığına görə həssas dəridə alergiya yaratmayacaq. …