Əsas səhifə / Manşet / Ev şəraitində dərmanlardan istifadə qaydaları
Bizi mobildən daha sürətli  izləyin

Ev şəraitində dərmanlardan istifadə qaydaları

hhha

Müalicə məqsədilə tətbiq olunan dərmanlar müxtəlif şəkildə: həm xaricə, hən də daxilə tətbiq olunur.

Dərman maddələri tətbiq olunarkən,  istifadə qaydalarına ciddi riayət edilməli, uşaqların özbaşına istifadəsinə icazə verilməməlidir.

1. Xaricə tətbiq olunan dərmanlar, əsasən, dəri, göz, burun, qulaq xəstəliklərində istifadə olunur.

Dəriyə dərmanlar məlhəm, emulsiya, məhlul, toz və s. formasında yaxma, kompress, islatma, səpmə, sarğı şəklində tətbiq olunur.

Göz xəstəlikləri üçün dərman maddələri və məlhəmlərdən istifadə olunur.
Dərmanı gözə pipet ilə tökmək lazımdır. Bunun üçün aşağı göz qapağını azca dartıb və damcını gözün kənar küncünə yaxın yerdə selikli qişaya salırlar ki, məhlul bərabər sürətdə yayılsın.

Göz məlhəmini isə xüsusi çubuqla gözün kənar küncündə konyuktivanın selikli qişası ilə göz alması arasına yaxırlar.

Dərmanı buruna toz, buxar, məhlul və məlhəm şəklində tətbiq edirlər.
Toz buruna nəfəs alma zamanı sorulur, burunun sağ dəliyini tutub tozu sol dəliklə çəkirlər və əksinə.

Damcını pipetlə yeridirlər, bu zaman xəstə başını arxaya əyir.
Məlhəmi şüşə çubuqla çəkirlər.

Dərmanı qulaqlara da pipet ilə tökürlər. Yağlı dərman məhlullarını azca qızdırmaq lazımdır. Sağ xarici qulaq keçəcəyinə dərman tökdükdə, xəstə sol böyrüüstə uzanır, yaxud başını sola tərəf əyir və əksinə. Dərman tökdükdən sonra xarici qulaq yoluna böyük pambıq tampon qoymaq lazımdır ki, tampon içəriyə doğru hərəkət etməsin.

2. Dərmanların daxilə (enteral) yeridilməsi

Dərmanlar daxilə ağızdan, düz bağırsaqdan və dilin altına vasitəsilə  yeridilir.

Dərmanın ağızdan yeridilməsi daha çox yayılmışdır. Bu üsulun müsbət cəhəti dərmanların ən müxtəlif şəkildə və qeyri-steril halda yeridilə bilməsidir. Bu üsulun bəzi mənfi təsirlərini azaltmaq üçün dərmanları yeməkdən əvvəl ( mədənin selikli qişasını qıcıqlandıran dərmanlardan başqa) qəbul edir, bəzi dərmanları kapsula qoyaraq onu mədə şirəsinin təsirindən qoruyurlar.
Ağızdan qəbul edilən dərmanlar toz (poroşok), həb, məhlul, tinktur, ekstrakt və miksturlar şəklində olur.

Dərmanın düz bağırsaqdan yeridilməsinin üstünlüyü tez sorulması və dozanın dəqiq olmasından ibarətdir. Düz bağırsaqdan yeridilən dərman sorularaq qara ciyərə düşmədən aşağı boş venaya keçir. Bu üsul dərmanı ağızdan qəbul edə bilməyən xəstələrə (dərmandan qusan xəstələrə, yemək borusu keçməməzliyi olan xəstələrə, udma pozğunluğu olan xəstələrə, dərman içməkdən imtina edən psixi xəstələrə, sayıqlama vəziyyətində olan xəstələrə) dərman yeritməyə imkan verir. Düz bağırsağa yeritmək üçün şamlardan və dərman imaləsindən istifadə olunur. Əvvəlcə təmizləmə imaləsi edilir, sonra dərman maddəsi düz bağırsağa yeridilir.

Dərmanı dilin altına qoyduqda tez sorulur, qara ciyərə düşmədən ümumi qan dövranına keçir.

Dərmanların tənəffüs yollarına aerozol şəklində nəfəs almaqla inhalyasiya ilə yeridilir.

3. Dərmanların parenteral yeridilməsi (inyeksiya – iynə ilə yeridilmə)

Dərmanların parenteral (inyeksiya – iynə ilə) yeridilməsi tibb işçiləri tərəfindən həyata keçirilir.

Buna da baxın

Dırnaq göbələyindən belə xilas olun

Whatsapp ilə Paylaş  Dırnaqdakı göbələk infeksiyası özbaşına sağalmır. Dırnaq göbələyi yoluxucudur. Göbələk infeksiyasının başqasına keçməsinin …