Əsas səhifə / Manşet / Ev şəraitində kolbasanın hazırlanması
Ev şəraitində kolbasanın hazırlanması

Ev şəraitində kolbasanın hazırlanması

aaa

Tərkibi:

Mal və qoyun əti qarışığı – 1kq
Quyruq – 200 qram
Sarımsaq –zövqə görə
Düz, istiot və ət üçün ədviyyat qarışığı – zövqə görə

Hazırlanması:

Ət, quyruq yuyulur, suyu tam çəkiləndən sonra sarımsaqla birlikdə ət maşınının iri gözündən keçirilir, zövqə görə duz, istiot, ədviyyat əlavə edilir. Yaxşıca qarışdırılır və 6 – 8 saat soyuducuda saxlanılır. Sonra ikiqat, möhkəm sellofon torbalara doldurulur və formaca kolbasa halına gətirilir. Hər iki tərəfi sapla möhkəm bağlanır. Üzəri bir neçə dəfə sapla dolanır və bir neçə yerdən iynə batırılıb, bişmək üçün əvvəlcədən hazırlanmış qazana yerləşdirilir.

İri qazana kifayət qədər su tökülür, qızdırılır, hazırlanmış kolbasa suda 3-4 saat bişirilir.

Sudan çıxarılır, sellofan açılır, bişmiş kolbasa tam soyuduqdan sonra doğranılır.

Kolbasanın yaxşı bişməsi üçün formaca qalın olmaması lazımdır.

NUŞ OLSUN!

Ev şəraitində kolbasanın hazırlanması Ət, quyruq yuyulur, suyu tam çəkiləndən sonra sarımsaqla birlikdə ət maşınının iri gözündən keçirilir, zövqə görə duz, istiot, ədviyyat əlavə edilir.

Buna da baxın

Bu qida ölümə sürükləyir

Whatsapp ilə PaylaşBu qida ölümə sürükləyir Tez-tez yediyimiz bəzi qidalar həyat standartını salıb bizi yavaş-yavaş …