Əsas səhifə / Əsas menu / Gözəllik / Ev şəraitində sabun hazırlamaq
Bizi mobildən daha sürətli  izləyin

Ev şəraitində sabun hazırlamaq

ev şəraitindəsabun hazırlamaq

Sabun  seçərkən tərkibi, təbii olması və cildinizi qurutmaması diqqət etdiyiniz məqamlardandır. Satışda olduqca çox sabun əladə etmək mümkündür. Amma bu sabunların tərkibində kimyəvi maddələrin olması da danılmaz faktdır. Əgər siz təbiilik axtarırsınızsa, qadinklubu.com-un təqdim etdiyi reseptlə evdə özünüz təbii sabun hazırlaya bilərsiniz. Rəngini və tərkibini  də zövqünüzə görə dəyişə biləcəyiniz sabunun hazırlaması qaydasını sizlərə təqdim edirik.

Tərkibi:

  • 100 qr-uşaq sabunu
  • 250 qr – dəmlənmiş bitki suyu (gicitkən, cökə, çobanyastığı və.s)
  • 2 ç/qaşığı- gənəgərçək və ya zeytun yağı
  • 1 ç/qaşığı – bal
  • ½ çay qaşığı – E vitamini
  • ½ ç/qaşığı – A vitamini
  • 5 damcı-  nanə yağı

Hazırlanması: Sabunu əzin. Üzərinə zeytun və ya gənəgərçək yağını, qaynadılmış bitki suyunu əlavə edərək,  su hamamında qarışdırın. Üzərinə bal, vitaminləri və nanə yağını əlavə edin. Qarışdırın və ocaqı söndürün. Qarışımı qəlibə töküb soyumasını gözləyin.

 

Buna da baxın

Şəkər xəstələrinə şad xəbər: özəl bir resept

Whatsapp ilə Paylaş Prof Dr İbrahim Saraçoğlu uzun zamandır üzərində çalışdığı və işlərini başa çatdırdığı …