Əsas səhifə / Əsas menu / Gözəllik / Ev şəraitində  saç boyadıqda bunlara diqqət edin!
Bizi mobildən daha sürətli  izləyin

Ev şəraitində  saç boyadıqda bunlara diqqət edin!

ev şəraitində saç boyadıqda bunlara diqqət edin

 

Saçlarında gün keçdikcə artan ağlardan ya da həmişə eyni rəng saçla gəzməkdən yorulanların seçimi təbii ki, saç boyalarıdır. Saç boyamaq əməliyyatı üçün əksəriyyət salonlara getsə də, bəzən qadınlar saçlarını özləri boyamağa üstünlük verirlər. Əgər saçınızı peşəkar olmayan birinə həvalə edirsinizsə, onda  diqqət etməli olduğunuz bəzi  məqamları vardır. Hansı ki, qadınklubu.com həmin incə məqamları sizlər üçün araşdırdı.

  • Əvvəlcə alacağınız saç boyasının məzmununu mütləq oxuyun. Boyanı saçınızda verilən müddətdən daha uzun müddət gözlətməyin.

  • Saçınızı tez-tez boyamayın. Boyanın içində olan kimyəvi maddələr saçınızı köhnəldər və qırılmasına yol açar.

  • Saç boyası seçimində mümkün qədər bitki  tərkibli olanına üstünlük verin.

  • Boya alarkən tərkibindəki kimyəvi maddələri mütləq oxuyun. Hansısa bir maddəyə qarşı allergiyanız varsa, əsla istifadə etməyin.

  • Saçlar boyandıqdan sonra rəngin yüzdə 50-ni yuyulma və xarici faktorlar səbəbiylə itirər. Bunun üçün boyadan sonrakı 24 saat ərzində saçınızı yumayın. Əgər yuyacaqsınızsa,  mütləq rəng qoruyucu şampunlardan istifadə edin.

  • Saç rənginizi saç cədvəlindən seçərək və ya yazılı olan tövsiyələr istiqamətində istifadə edin.

  • Boya qarışığını hazırladıqdan sonra dərhal tətbiq edin. Əks halda boya funksiyasını itirəcək.

 

Buna da baxın

“Cinsi gücü artıran” həblər əslində…

Whatsapp ilə Paylaş Son zamanlar tərkibində heç bir kimyəvi maddə olmayan, bitki mənşəli kimi tanınan …