Əsas səhifə / Manşet / Ev təmizliyində ən böyük köməkçi – SİRKƏ
Bizi mobildən daha sürətli  izləyin

Ev təmizliyində ən böyük köməkçi – SİRKƏ

sirkkk

Sirkənin təbii bir təmizlik ləvazimatı olduğunu bilirdinizmi?

Qadinklubu.com-un məlumatına görə, tərkibi kimyəvi maddələrlə zəngin təmizlik vasitələrinin yerinə, bir qab sirkə ilə evinizi tərtəmiz edə bilərsiniz.

Sirkəni belə istifadə edə bilərsiniz

Soyuducunuzu silin – eyni miqdarda su ilə sirkəni qarışdırın. Bezi həmin suya batıraraq soyuducunu silin. Bu zaman soyuducudakı pis qoxular gedəcək və eyni zamanda ləkələr də yox olacaq.

taxx

Üstündə tərəvəz doğradığınız taxtaları dezinfeksiya edin – sirkə sizə taxtaların pis qoxularını, üstündəki getməyən ləkələri aparmağa kömək edəcək.

Mikrodalğalı sobalarınızı təmizləyin – bir qabın içinə yarım su stəkanı sirkə və yarım stəkan su töküb sobanızın içərisində 30 saniyə qızdırın. Sonra nəm bir bezlə silin.

Gümüşlərinizi parladın – 1 çay qaşığı duzla bir su stəkanı sirkəni qarışdırın. Əldə etdiyiniz qarışımı gümüşlərinizin üzərinə çəkib, 15 dəqiqə gözləyin. Təmiz bir bezlə silin.

Qarışqalardan xilas olun –  qarışqaların çıxan yerlərini sirkə ilə silin.

Qabyuyan maşını təmizləyin – qabyuyan maşınınızın zəmin hissəsinə bir su stəkanı sirkə töküb, normal proqramda işə salın. Bunu sadəcə çoxlu stəkan yuyacağınız zamanda edin. Çünki mütəmadi olaraq sirkə istifadə etmək, maşına zərər verə bilər.

Döşəmələri silin – parketlərdən başqa, bütün döşəmələri silərkən, təmizlik suyuna sirkə əlavə edə bilərsiniz.

krrr

Su kranlarının kənarlarındakı ləkələrdən qurtulun – eyni miqdarda götürdüyünüz su və sirkəyə soda əlavə edin və məcun halına gələnə kimi qarışdırın. Alınan qarışımı ləkələrin üzərinə tətbiq edərək, yarım – bir saat gözləyin. Daha sonra köhnə diş fırçasıyla təmizləyin.

Süngərlərinizin vaxtını uzadın – süngəri bir qaba qoyub, üzərinə çıxana kimi su tökün. Daha sonra üzərinə yarım stəkan sirkə töküb bir gecə saxlayın.

 

Buna da baxın

Evdar xanımlar mütləq bilməlidir ki…

Whatsapp ilə Paylaş 1) Sobanıza hopmuş pis yemək qoxuları üçün; yemək bişirməmişdən əvvəl sobanıza yarısı sirkə …