Bizi mobildən daha sürətli  izləyin

Ev üsulu qatığın hazırlanması

qattt

Mağazadan aldığınız qatığı heç özünüz hazırlamısınızmı?

Əgər hazırlamamısınızsa, sınamağa dəyər. Bu olduqca maraqlı və ləzzətli olacaq. Ev üsulu qatıq hazırlamaq heç də çətin deyil. Bunun üçün bizə 1 litr ilıq süd, 2 x/qaşığı qatıq lazımdır. Əvvəlcə 2 x/qaşığı qatığı qalın tənzifdən süzürük. Suyunun tamamilə süzülməsindən əmin olduqdan sonra həmin kütləni kiçik qabda 2 qaşıq süd və bir çimdik şəkər tozu ilə qarışdırırıq. Həmin kütlə süddə tam həll olduqdan sonra onu əvvəlcədən hazırladığımız 1 litr ilıq südə ( diqqətli olun süd nə soyuq, nə də isti olmalıdır. İlıq olmazsa yaxşı nəticə əldə edə bilməzsiniz) 1 x/qaşığı həmin qarışımdan əlavə edirik. Sonra dəsmalla və ya qalın örtüklə sarıyıb isti yerdə 8-10 saat gözlədirik. Bu müddət ərzində qatığa toxunmaq olmaz. Qatıq hazır olduqdan sonra 3 saat soyuducuda saxlayıb, sonra istifadə etmək olar.

Nuş olsun!

 

Buna da baxın

Keks qəlibində bulku

Whatsapp ilə PaylaşTərkibi: 100ml su (ilıq) 100ml süd (ilıq) 1 çay qaşığı maya 1 çay …