Əsas səhifə / Əsas menu / Gözəllik / Evdə asanca hazırlanan badam südü resepti
Bizi mobildən daha sürətli  izləyin

Evdə asanca hazırlanan badam südü resepti

baEvdə asanca hazırlanan badam südü resepti

Badam südü qadınların yeni içki seçimlərindən biridir.

Lazımi vəsaitlər:

250 qram badam (mümkünsə soyulmuş)

1 litr su

1 çay qaşığı vanil özü

1 yemək qaşığı ağcaqayın siropu və ya bal

Toz darçın

Lazimi qablar

Blender

Metal süzgəc və ya tənzif

Hazırlanması:

Bir qaba badamın qoyduqdan sonra üzərinə çıxana qədər su əlavə edin. Badamın blenderdən rahatca keçə bilməsi üçün yumşalması lazımdır. Bunun üçün badamın 4 saat suda gözlədin, zamanınız varsa gecədən də suya qoya bilərsiniz.

Qapdakı suyu süzdükdən sonra yumşalan badamı blenderə qoyun. Üzərinə 300 ml su əlavə edin. İlk dəfə qarışdıranda az su əlavə edin ki badamlar krem konsistensiyasına gələnə qədər 1-2 dəqiqə blenderdan keçirə biləsiniz. Arada dayandırıb bir spatula köməyi ilə qarışdıraraq, badamın yaxşıca parçalanmasını təmin edə bilərsiniz. Körpə maması kimi bir konsistensiya aldığını görəcəksiniz. Bir müddət sonra badmlar püre halında olacaq. Bu mərhələdə darçın, ağcaqayın siropu və ya balı əlavə edin.

Sonra qalan 700 ml suyu da blendere əlavə edin. 2-3 dəqiqə daha qarışdırın. Qarışıq köpüklü və hamar bir konsistensiyaya çatsın, dadına baxaraq istəsəniz vanil, darçın və ya bir az daha dadlandırıcı əlavə edə bilərsiniz. Yenə istəyə bağlı olaraq südün aromasını artırması üçün bir çimdik duz da əlavə edə bilərsiniz.

Süd konsistensiyasında olmasını istəyirsinizsə, qarışığı incə süzgəcdən keçirərək dənəli qisimi ayıra bilərsiniz. Dənəli qisimi qurudub və ya sobada bişirərək başqa reseptlərdə badam aroması olaraq istifadə edə bilərsiniz


Buna da baxın

Dərini gözəlləşdirən möcüzəvi qidalar

Whatsapp ilə PaylaşDərini gözəlləşdirən möcüzəvi qidalar Qadın və ya kişi fərq etməz, olduğumuzdan daha cavan …