Bizi mobildən daha sürətli  izləyin

Evdə çizburger

Hamburguesa

Evdə çizburger

Tərkibi:

100 q ət
1 yumurta
1 çimdik duz
1 çimdik istiot
1 balaca baş soğanın yarısı

çörək dilimi

1 st. süd
1 bulka
2 dilim əridilmiş pendir
1 marinə edilmiş xiyar
1 kahı yarpağı
1 pomidor dilimi
mayonez

Hazırlanması:

Əti ət maşınından keçirin. Yumurta, süddə isladılmış çörək, xırdalanmış soğan, duz, istiot əlavə edib qarışdırın. Bulkanın diametri boyda və 1 sm-dən qalın olmayaraq kotlet düzəldib o üz-bu üz qızardın. Çalışın, çox qurumasın.

Şirin olmayan bulkanı iki yerə bölüb 1 dəqiqə mikrodalğalı sobada saxlayın.

Bulkanın alt hissəsinin üstünə azacıq mayonez çəkin, kahı yarpağı, 1 dilim əridilmiş pendir, bişmiş kotlet, üstündən yenidən əridilmiş pendir dilimi qoyun.Marinə edilmiş xiyarı halqa doğrayıb pendirin üstündən qoyun. Hər xiyar diliminin üstünə bir damla mayonez vurun. Bulkanın o biri yarısını üstdən qoyun. Çizburger hazırdır.

Buna da baxın

Evdə lülə kabab

Whatsapp ilə Paylaş Evdə lülə kabab Tərkibi: -500 q orta yağlı quzu əti (ət maşını …