Əsas səhifə / Əsas menu / Sağlamlıq / Evdə detoks edərək təmizlənin
Bizi mobildən daha sürətli  izləyin

Evdə detoks edərək təmizlənin

tttEvdə detoks edərək təmizlənin

Bahar gəldi, təbiət yenilənir, siz də yaya qədər sağlam arıqlamaq istəyirsinizsə detoks edin.

Detoks, nə işə yarayır? Evdə detoks edərək artıq çəkidən, yorğunluqdan xilas olacaqsınız. Bağırsaqlarınız təmizlənəcək; həzm rahatladığı üçün çox daha asan arıqlayacaqsınız. Normal bir insan bağırsaqlarına ən az bir neçə yüz qram tullantı maddə (mukoid val) daşıyır. Bu val, qidaların yaxşı bir şəkildə əmilməsini maneə törətdiyi kimi, bədənə davamlı toksin yayır. Bu vəziyyət, gündəlik stresslə birləşincə, sağlamlığımızı təhdid edən vəziyyətlər ortaya çıxa bilər. Ən sıx qarşılaşılan vəziyyətlər yorğunluq, qəbizlik və çətin arıqlamaqdır. Detoks, həm bədənimizi, həm zehinimizi bu toksinlərdən təmizləyən, bədənə tarazlıq və gümrahlıq qazandıran bir əməliyyatdır.

Ancaq sizə təqdim edəcəyimiz evdə detoks proqramına başlamazdan əvvəl, bir narahatlığınız varsa mütləq həkiminizə müraciət edin.

Detoksa hazırlıq üçün 7 günlük hazırlıq mərhələsi böyük əhəmiyyət daşıyır. Bu mərhələdə bir az halsızlıq, baş ağrısı hiss edə bilərsiniz amma qorxmayın.

Gündə ən az 2 litr su için.

Duzu məhdudlaşdırın və onun yerinə ədviyyat istifadə etməyə diqqət edin.

Ət və süd məhsulları olan yeməklər yeməyin.

Qida rasiyonunuzun 50%-ni tərəvəz və meyvə, qalanı isə taxıl məhsulları olsun.

Kafeinli, şəkərli və spirtli içkilərdən uzaq olun. Bitki çaylarını dilədiyiniz qədər içəbilərsiniz. Günortaya qədər yalnız meyvə yeyin və təzə sıxılmış meyvə suyu için.

Günorta yeməklərini ana pay olaraq qəbul edin və bu payda balıq və paxlalılar kimi keyfiyyətli zülal ehtiva edən qidalar yeyin.

Axşam son dərəcə yüngül olmalıdır. Şorba və salat idealdır.

Qəlyanaltılar fındıq, fıstıq, quru meyvə və təbii qatıq olmalıdır.


Buna da baxın

Orqanizmi təmizləyən 1 günlük detoks

Whatsapp ilə Paylaş Detoks içkilər arasında yaşıl çay ən güclü təsirə malikdir. Yaşıl çay içdikdən sonra …