Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Evdə hazırlanan lavaş cipsi
Bizi mobildən daha sürətli  izləyin

Evdə hazırlanan lavaş cipsi

lava_cipsi_3

Evdə hazırlanan lavaş cipsi

Cips – uşaqların demək olar ki hamısının ən sevimli qidalarındandır.
Ancaq marketlərdən aldığımız hazır cipslərin nə qədər təhlükəli və zərərli olduğunu hamımız bilirik. Bəs uşaqlarımız cips istərkən nə etməli? Evdə hazırlanan cips buna çarə ola bilər. Həm dadı, həm keyfiyyəti ilə cox bəyənilən ev cipsini təqdim edirik.

Tərkibi:
– lavaş – 1 ədəd
– zeytun yağı – 1 desert qaşığı
– duz
– biraz kəklikotu

Hazırlanması:

Lavaş pizza kəsən və ya bıçaq vasitəsilə cips kimi üçbucaq formasında kəsilir. Dərin bir kasanın içinə qoyulur. Üzərinə yağ, duz və kəklikotu əlavə edilərək qarışdırılır. Yağlı kağız döşənmiş siniyə tökülür. Sobaya və ya Airfrayer-ə qoyulur. Sobada 180 C-də 10 dəqiqə, Airfrayer-də 5-8 dəqiqə rəngi azacıq dəyişənə qədər qurudulur. Sonra souslara batırılaraq yeyilir.

Buna da baxın

“Qızılgül” salatı – FOTORESEPT

Whatsapp ilə Paylaş Tərkibi: 200 q təzə şampinyon 2 orta boy baş soğan 0,5 banka …