Əsas səhifə / Manşet / Evdə hazırlanan ləzzətli kumpir RESEPTİ – FOTOLARLA
Bizi mobildən daha sürətli  izləyin

Evdə hazırlanan ləzzətli kumpir RESEPTİ – FOTOLARLA

kummm

Qadinklubu.com bu dəfə çoxlarının heyran olduğu bir ləzzət, kumpirin hazırlanma qaydasını təqdim edir. Buyurun, evdə hazırlayın.

Ləvazimatlar

  • Adam sayına görə böyük ölçülü kartof
  • 1 xörək qaşığı qatıq (əlavə etməyə də bilərsiniz)
  • 4-5 ədəd turşu xiyar
  • Kərə yağı
  • Rəndələnmiş holland pendiri
  • mayonez
  • ketçup
  • konservləşdirilmiş qarğıdalı
  • yaşıl noxud (qarox)

Hazırlanması

  • Kartofları yuyub bir-bir folqa kazığızına bükün. Sobanın tavasına düzün. Əgər folqa yoxdursa, birbaşa da tavada bişirə bilərsiniz. Bu zaman daha çox közlənər. Lakin folqa kağızı ilə bükəndə, həm də yumşaq olur.
  • 2 saat sobada bişirin. Kartoflar bişən müddətdə içliyini hazırlayın. Çünki kartoflar bişən kimi, içini doldurmaq lazımdır. Yoxsa, yumşalıb xəmir halına gələr.
  • Bir qaba yaşıl noxudu tökün.
  • Turşuları doğrayıb əlavə edin.
  • 1 qaşıq qatıq və 1 stəkan mayonezi tökün. Lazım olarsa, mayonezi artıra da bilərsiniz.
  • Bişən kartofları folqadan çıxarın.
  • Bıçaqla ortadan ikiyə bölün.
  • Çəngəllə kartofun qabığına zərər vermədən, içini əzib, püre halına gətirin.
  • Hər kartofa 1 xörək qaşığı kərə yağı əlavə edin. Əzərkən, yağ əriyəcək.
  • Hər kartofa ən az bir çay qaşığı holland pendiri töküb əzin. Pendirlər əriyəcək.
  • Daha sonra hazırladığınız içliyi və ən üstə də, qarşıdalı dənələrini tökün.
  • İstəsəniz, ketçub və mayonez də əlavə edə bilərsiniz.

 

Nuş olsun!

1 2 4