Bizi mobildən daha sürətli  izləyin

Evdə lülə kabab

sultana-kabab

Evdə lülə kabab

Tərkibi:

-500 q orta yağlı quzu əti
(ət maşını  ilə deyil bıçaqla əzilib qiymə halına gətirilməlidir)
-200 q quyruq yağı
-Duz
-Bibər

Salatı üçün:
-2-3 orta quru soğan
-1 yemək qaşığı sumaq
-1 dəstə cəfəri
-Duz

Hazırlanması:

Qiymə, quyruq, duz və bibəri bir qabda  yaxşıca yoğurun. Soyuducuda -4 saat soyudun. Təkrar çıxardıb yoğurun. Sonra əllərinizi ara-sıra isladılaraq qiyməni qalın şişlərə taxıb, sobaya yerləşdirin.
Sobada arada çevirərək  200 dərəcədə  bişirin. İstəyə görə, yağsız tavada və ya manqalda da bişirə bilərsiniz.
Soğanı incə halğalar şəklində doğrayaraq üzərinə duz səpib yaxşıca əzin. Süzgəcdən süzün. Üzərinə doğranmış cəfəri, sumaq,duz səpərək qarışdırın. İncə pidənin və ya lavaşın içinə bol soğan salatı  qoyaraq kabab sinisini bəzəyin. Lülə kababın  yanında buz kimi ayran və pomidor dilimləri ilə süfrəyə təqdim edin.

Buna da baxın

Tavada toyuq kababı

Whatsapp ilə Paylaş Tavada toyuq kababı Tərkibi: -500 q toyuq filesi – 3 xörək qaşığı …