Əsas səhifə / Manşet / Evdə qaşlarınızı alarkən bunlara diqqət edin
Bizi mobildən daha sürətli  izləyin

Evdə qaşlarınızı alarkən bunlara diqqət edin

maxresdefault

Üzə gözəllik qatan ən əhəmiyyətli elementlərdən biri qaşlarımızdır. Səhv alınması bir anda üzünüzün bütün ifadəsini dəyişdirib anlamsızlaşdıra bilər. Evdə qaşınızı alarkən bu aşağıdakı məsələlərə qarşı xüsusilə diqqətli olun.

Qaş necə alınır?

  1. Sürətli qaş almayın: Qaşlarınızı alarkən tələsiklik etməyin, yavaş və sakit olun. Bu vaxt qaşlarınızı daha səliqəli alacaqsınız.

  2. Maqqaşın iti ucunu istifadə etməyin: İti qismi ilə alsanız qaşlarınız tərs çıxa bilər ya da dərinizə zərər verə bilərsiniz.

  3. Sıranı təqib edin: Əgər qaş şəklinizdən məmnunsunuzsa, yalnız yeni çıxan tüklərinizi alın. Məsləhətdir ki, ilk olaraq tünd bir qaş karandaşı ilə qaş şəklinizi vurğulayasınız. Karandaş çəkilmiş yerdən kənarda qalan tükləri səliqə ilə götürdükdə sıra pozulmaz.

  4. Qaşlarınızı çox incəltməyin: Çox nazik alınarsa və qaş və göz arasındakı məsafə çox olarsa, sizdə təəccüblənmişsiniz kimi bir ifadə yaradacaq. Eyni zamanda, bu yaşınızdan böyük görünmənizə səbəb ola bilər.

  5. Qayçı istifadə edin: Qaşlarınıza maqqaş ilə formaya saldıqdan sonra mütləq qayçı istifadə edərək qısaldın. Bunun sayəsində qaşlarınız daha da sıx görünəcək.
    Qadinklubu.com

Buna da baxın

Sezonun ən cazibədar çəkmələri

Whatsapp ilə PaylaşBu mövsüm mütləq diqqətinizi diz üstü çəkmələr üzərinə toplayın. Əgər çəkmə almaq fikrindəsinizsə, …