Əsas səhifə / Manşet / Evdə hazırlanan kartof kroket – Resept
Bizi mobildən daha sürətli  izləyin

Evdə hazırlanan kartof kroket – Resept

dd

Uşaqların çox sevdiyi kartof kroketlərini markatlərdən almaq əvəzinə özünüz evdə hazırlaya bilərsiz.

Qadınklubu.com sizə evdə tez hazırlanan kartof kroketinin reseptini təqdim edir:

Tərkibi:

5 ədəd kartof
2 ədəd yumurta
1 xörək qaşığı nişasta
2 xörək qaşığı əzilmiş ağ pendir
1 paket qabartma tozu
1 kasa un
1 ədəd yumurta sarısı
1 kasa suxarı
Duru yağ
Duz
Qara bibər

Hazırlanması:

Kartofları qaynadıb sürtkəcdən keçirin. Əzilmiş kartofların içinə yumurtanı, nişastanı, pendiri, qabartma tozunu, qara bibəri əlavə edib yaxşıca qarışdırın və yoğurun. Əldə etdiyiniz qarışıqdan qoz boyda kürəciklər hazırlayın.

Unu, yumurtanın sarısını və suxarını ayrı-ayrı qablara yerləşdirin.Hazırladığınız kürəcikləri ardıcıl olaraq una, yumurtaya və suxarıya batırıb duru yağda qızardın.

Nuş olsun!

Buna da baxın

Qarnınızdakı yağları necə əridə bilərsiniz?

Whatsapp ilə PaylaşQarnınızdakı yağları necə əridə bilərsiniz? Qarın (göbək) bölgəsindəki yağlardan qurtulmaq istəyirsinizsə o zaman …