Əsas səhifə / Manşet / Evdar xanımlar mütləq bilməlidir ki…
Bizi mobildən daha sürətli  izləyin

Evdar xanımlar mütləq bilməlidir ki…

hər evdar xanımın bilməli olduqları

1) Sobanıza hopmuş pis yemək qoxuları üçün; yemək bişirməmişdən əvvəl sobanıza yarısı sirkə yarısı su ilə doldurulmuş bir tava qoyun. Sobanızı bir neçə dəqiqə üçün istilədin daha sonra soyumasını gözləyin.

2) Köynək  yaxalarındakı ləkələri təmizləmək üçün, köynəyi maşına atmamışdan əvvəl yaxa qisiminə sabun sürtüb 15 dəqiqə gözlədin.

3) Yapışqan ləkələrini çıxarmaq üçün, sirkə ilə isladıb, bol su ilə durulanmalıdır.

4) Masanızın üzərinə damlayan şamları çıxarmaq üçün ləkənin üzərinə neft töküb 5 dəqiqə gözləyin sonra nəmli bir bezlə silin.

5) Əllərdəki soğan və sarımsaq qoxularını aradan qaldırmaq üçün ediləcək ən yaxşı şey, qaynadılmış kartofla ovmaqdır.

6) Çay ləkəsi: Pambıq və yunlarda: ləkə təzədirsə, ilıq suyla isladılmış bir bezlə ovulur. Köhndirsə, içinə limon suyu qatılmış ilıq suda isladılmış bir pambıq parçası ilə silinir.

7) Bir yerdəki siqaret tüstüsünü yox etmək üçün  şam yandırın.

8) ütüdən saralan paltar dərhal oksigenli su ilə silinsə saralan yerlər itər.

9) Paxlalıları bir gecə əvvəldən ilıq suya qoyun və qaynadarkən içinə bir az karbonat əlavə edin.

10) Dolçanızın dibi çirklənmişsə, içinə bir ovuc duz ilə sirkə qoyub çalxalayın.

11) Soyuducunuzdakı nəmi almaq üçün, şkafa içi duz dolu bir qab qoyun.

12) Bişirdiyiniz keks qəlibindən çıxmırsa, qabın altına yaş bir bez sərib  bir az gözlədin.

13) Konserv açıldıqdan sonra şüşə qabda saxlansa daha dayanıqlı olur.

14) Kristalların  parıldaması üçün, yuduqdan sonra durulama əsnasında sirkəli suda yuyun. Bu əməliyyat kristalları parıldadacaqdır.

15) Parlaqlığını itirmiş bir dolçaya köhnə görünüşünü qazandırmaq üçün yarısına qədər cırılmış qəzet kağızı doldurun, üçdə birinə də isti suyu doldurub möhkəm-möhkəm çalxalayın.

16) Dibi yanan  qazanları bir gecə suda gözlədin, qazan daha asan təmizlənəcək.

17) Kranı  təmizləmək üçün bez yerinə köhnə bir neylon corab sitifadə etsəniz  nəticə daha mükəmməl olacaq.

18) Evinizdə mayonez hazırlayarkən  zeytun yağı əvəzinə susam yağı istifadə edin. Mayonezinizin daha uzun zaman təzə qaldığını görəcəksiniz.

19) Balıq şorbası hazırlayarkən : Suyunun daha ləzzətli olması üçün balıqları ən az 45 * 60 dəqiqə qaynadın. Baş və quyruq qisimlərinin ən ləzzətli yerləri olduğunu unutmayın.

20) Gül kələmi bişirərkən evə yayılan qoxudan xilas olmaq üçün bişirmə suyuna bir parça duz və iki qaşıq sirkə əlavə edib, suyun üzərində köpük meydana gəlməsini gözlədikdən sonra, içinə tərəvəzləri atın.

 

Buna da baxın

Qulaq kirinə qarşı sağlam üsul

Whatsapp ilə PaylaşQulaq kiri xoşagəlməz olsa da, amma qulağımızı göbələkdən, böcəklərdən və bir sıra bakteriyalardan …