Əsas səhifə / Manşet / Evdə nutella hazırlanması
Bizi mobildən daha sürətli  izləyin

Evdə nutella hazırlanması

nutella

Tərkibi:

  • 4 ədəd yumurta
  • 1,5 stəkan su (300qr)
  • 1 paket vanil (10qr)
  • 4-5 x.q. kakao
  • 1 stəkan un kimi olmuş fındıq (zövqə görə)
  • 3 x.q. quru süd
  • 2 stəkan un (280 qr)
  • 300 qr kərə yağı( marqarin də istifadə edə bilərsiniz, sağlamlığa görə kərə yağı yaxşıdır)

Hazırlanması:

  • Az tepmeraturda yağı yandırmadan əridin.
  • Başqa bir qabda yumurta və şəkər tozunu mikser ağarana  kimi qarışdırın. (krem şanti kimi olmaması üçün )
  • Üzərinə vanil, kakao,  quru süd  əlavə edib qarışdırın.
  • Sonra az-az unu əlavə edərək, qarışdırın (kek xəmiri kimi olmalıdır). Daha sonra əritdiyiniz yağı əlavə etdikcə, qatışımı fasiləsiz olaraq qarışdırın. (yağın hamısını birdən tökmək olmaz)
  • Son olaraq fındığı əlavə edib qarışdırın.
  • Nutellanı şüşə qabda, soyuducuda  mühafizə edin.
  •  Yeməmişdən bir az əvvəl soyuducudan çıxarmağınız məsləhətdir.

 

Buna da baxın

Şərbətli kakaolu qurabiyə

Whatsapp ilə PaylaşXəmir üçün lazım olanlar:  1 paket vanil 1 ədəd yumurta 2 stəkan un …