Əsas səhifə / Manşet / Eviniz kiçik olsa da, onu böyük göstərə bilərsiniz – NECƏ?
Bizi mobildən daha sürətli  izləyin

Eviniz kiçik olsa da, onu böyük göstərə bilərsiniz – NECƏ?

Evinizin sahəsi kiçik olsa da, doğru dizayn etməklə, orada böyük ev rahatlığını hiss edə bilərsiniz.

Hər kəs böyük və rahat evlərdə yaşamağı xəyal edər. Lakin, təəssüf ki, bu hər zaman mümkün olmur. Buna baxmayaraq, kiçik evlərdə də düzgün dizayn etməklə rahat ortam yaratmaq mümkündür. Məsələn, eviniz kiçik və işıqsızdırsa, evdəki havanın dəyişməsi və daha işıqlı görünməsi üçün, evin bir neçə nöqtəsinə güzgü yerləşdirin, otağı gizli işıqlarla aydınlaşdırın. Beləcə, eviniz daha fərah olacaq.

esya

Kiçik evlərdə əşya seçimi

Kiçik evlərə əşya seçərkən, çalışın kobud olmayan, ölçücə də kiçik əşyalar alasınız. Aldığınız əşyaların bir neçə funksiyasının olması, sizə maddi baxımdan da, evdəki yer tutumu baxımdan da sərfəli olacaq. Məsələn açılıb-bağlanan bir divanı, həm də yataq kimi istifadə edə bilərsiniz.

Əşya seçimi zamanı rənginə və bəzəklərinə də fikir vermək lazımdır. Çalışın düz və sadə bəzəkli əşyalar alın. Məsələn, xalçanız bəzəklidirsə, divanınız sadə olmalıdır. Yumşaq rəng mebellər evinizi daha gözəl göstərəcək. Tünd rənglər otağın qaranlıq görünməsinə səbəb olur.

reng

Divarları açıq rənglərlə boyayın

Kiçik evlərdə divar rəngləri mütləq açıq olmalıdır. Seçəcəyiniz boya və ya divar kağızı işığın əks olunmasına imkan verməlidir. Əgər divarlarda açıq rənglər istifadə etsəniz, eviniz daha geniş görünəcək və rahat olacaq.

huuuuuuuuu

Qadinklubu.com

Buna da baxın

Evinizi Skandinaviya stilində dizayn edin-fotolar

Whatsapp ilə PaylaşEvinizi Skandinaviya stilində dizayn edin-fotolar Evinizi Skandinaviya stilində dizayn edin-fotolar [nggallery id=931] Whatsapp …