Əsas səhifə / Manşet / Evinizdə varsa mütləq atın, çünki…
Bizi mobildən daha sürətli  izləyin

Evinizdə varsa mütləq atın, çünki…

naftalinin-zararlari
Uzun müddət istifadə etməyəcəyimiz yundan hazırlanmış yataq, yorğan, xalça və geyimlərimizi güvə və digər zərərli həşəratlardan qorumaq məqsədi ilə istifadə edilən naftalinin insan sağlamlığına bir çox zərəri vardır.

Naftalinli bağlı bir mühitdə uzun müddət tənəffüs edilməsi, naftalini istifadə etdikdən sonra əlinizdəki təsirini təmizləmədən qida maddələrinə toxunmaq və ya tablet naftalinləri uşaq və ya körpələrin şəkər zənn edərək udması ən çox görülən naftalin zəhərlənmələrə arasındadır.

Naftalin bir çox Avropa ölkələrində istifadəsi, evlərdə saxlanılan bir növ zəhər olması səbəbi ilə qadağan edilmişdir. Naftalin, hava ilə təmas etdikdə  çox qısa bir müddətdə qaza çevrilməkdədir. Bu qaz da tənəffüs etdiyimiz havaya yayılaraq, ev kimi dar məkanlarda zəhərlənmə ehtimalını artırır.

Naftalinin bəzi zərərlərini bu şəkildə sıralaya bilərik:

Naftalin siqaretin içində olan zərərli maddələrdən biridir və qoxusunun asılılıq təsiri vardır.

Qoxusunu bir çox adam sevməsə də bəzi insanların xoşuna gelir. Lakin naftalinin uzun müddət tənəffüs edilməsi qırmızı qan hüceyrələrinin ölməsinə səbəb olmaqdadır.

Naftalin, tənəffüs və ya toxunmaq yolu ilə təmas edən insanlarda qusma, baş gicəllənməsi, və huşunu itirmə kimi hallar müşahidə olunur.

Naftalinin çıxardığı zəhərli qaz ağciyərlərə ziyan verir.

Naftalinə toxunan bir insan səhvən əlini gözünə toxundursa, gözləri çox ciddi mənada zərər görür. Bu vəziyyətə məruz qalan bir adamın dərhal gözlərini bol su ilə yuyması lazımdır.

Naftalinin təsirlərinə uzun müddət məruz qalan insanlar, bir çox xərçəng xəstəliyinə məruz qala bilərlər.

Naftalin insan sağlamlığına çox zərərli və zəhərli bir maddədir. Evlərimizdə əşyalarımızı qorumaq üçün, naftalin yerinə rəndələnilmiş sabun, marketlərdə satılan sabun tozu, zəhər ehtiva etməyən və bitki mənşəli olan, böcək dərmanlarını istifadə daha yaxşı olacaq. Üstəlik naftalin ilə qorunan əşyalar, istifadə üçün təkrar çıxarıldığında, ağır qoxusundan yumaq məcburiyyətində qalınar.

Toz sabun və ya bitki mənşəli məhsullar istifadə etsəniz belə bir problem ilə qarşılaşmamış olarsınız.