Əsas səhifə / Əsas menu / Ailə / Evinizdəki bu alətlər sonsuzluğa səbəb olur
Bizi mobildən daha sürətli  izləyin

Evinizdəki bu alətlər sonsuzluğa səbəb olur

E vinizdəki bu alətlər sonsuzluqa səbəb olur

Uşaq sahibi olmamağınıza səbəb evinizdə istifadə etdiyiniz texniki avadanlıqlar ola bilər. Ayrı-ayrılıqda bir mənfi təsiri olmasa da, bir çox elektrik vasitəsinin eyni vaxtda istifadəsi bir sıra problemlərə səbəb ola bilər. Aparılan araşdırmalara görə bir sıra istifadə etdiyiniz elektrik avadanlıqları sonsuzluğa səbəb olur.  Qadinklubu.com türkiyəli mütəxəssislərin mövzu ilə əlaqədar fikirlərini və məsləhətlərini sizlərlə paylaşır.  Qadın sağlamlığı və Qadın xəstəlikləri üzrə mütəxəssis, mütəxəssis həkim Seval Taşdemir “günlük həyatınızda istifadə etdiyiniz elektrik avadanlıqlar və cihazlar sonsuzluğa səbəb olur. Məhz bu səbəbdən mümkün qədər elektrik avadanlıqlarıın istifadəsini azaldaraq yumurtalıq və sperm keyfiyyətinin artmasını təmin edə bilərsiniz” deyə cütlüklərə məsləhət gördü.

Mobil telefon

Mobil telefon xüsusən də başqa başqa radiasiya yayıcı alətlərlə birlikdə istifadə edildikdə sonsuzluğa səbəb ola bilər. Mümkün qədər telefonu özünüzdən uzaq yerdə saxlayın. Qulaqlıqla danışmaq, yatarkən yastığınızdan uzaq yerə qoymaq və mümkünsə söndürməyiniz məsləhətdir.

Wi-Fi və noutbuk

Dizüstü komputerdən istifadə etmək müntəzəm istilik və radiyasiya səbəbilə kişilərdə daha çox sonsuzluğa səbəb olur. Bu səbəbdən də xüsusən kişilərin  noutbuku stol üzərində istifadə etməkləri lazımdır.

Mikrodalğalı soba

Mikrodalğalı sobalar yaydıqları radiyasiya səbəbilə qadınlarda sonsuzluq,  menstruasiya nizamsızlığı, kişilərdə də eyni zamanda  bir sıra problemlərə səbəb olur. Mümkün qədər mikrodalğalı sobaların qapağını yaxşı bağlanmasından əmin olmaq, mümkünsə soba işlədiyi zaman bir qədər uzaq olmağınız faydalıdır.

Buna da baxın

Hamiləlikdə düzgün qidalanmaq – Həkim məsləhəti

Whatsapp ilə Paylaş Hamiləlikdə qidalanma digər dövrlərdəki qidalanmaqdan daha çox əhəmiyyətlidir. Çünki, körpənin tək qida …