Əsas səhifə / Əsas menu / Praktika / Evinizi soğanla təmizləyin
Bizi mobildən daha sürətli  izləyin

Evinizi soğanla təmizləyin

0

Qoxusu pis olduğundan soğanla ev təmizləmək heç ağlınıza gəlməyib, bilirik. Ancaq soğan güclü bir təmizləyici imiş.

Soğan deyilincə ağıla ilk yemək gəlir. Məlumdur ki, yeməklərin dadı soğanla tamamlanır. Pis qoxusuna görə, soğan və ev təmizliyini bir arada belə düşünmürsüz. Ancaq soğanla evinizi tərtəmiz edə bilərsiz.
Qadınklubu.com soğanla edə biləcəyiniz təmizlik işlərini təqdim edir.

-Manqalınızı təmizləyə bilərsiz. Qızarmış yemək artıqlarını təmizləmək çətindir. Ancaq soğanla ovalayaraq təmizləsəniz, işiniz çətin olmayacaq.

-Qazandan daşan yeməklər qazın üstündə quruyaraq ləkələr yaradır. Soğanla ovaraq bu ləkələrdən qurtula bilərsiz. Duz da əlavə edib ovmaq olar.

-Aspiratorları təmizləmək bəzən işgəncə halına gəlir. Qabartma tozu və soğanı bir araya gətirib aspiratorları ovun.

-Pəncərə kənarındakı ləkələri silmənizə rəğmən yenə də təmizlənmirsə, soğanla silin. Üstəlik həşəratların darışmasını əngəlləyəcək.

-Metal əşyaları parıldatmaq üçün soğan suyundan istifadə edin.

Buna da baxın

Tərəvəzli toyuq resepti

Whatsapp ilə PaylaşTərkibi: 1 ədəd kartof 1 su stəkanı noxud (konservləşdirilmişdirsə, yuyub suyunu süzmək kifayətdir) …