Əsas səhifə / Əsas menu / Praktika / Evinizin rahatlığında ətir hazırlayın
Bizi mobildən daha sürətli  izləyin

Evinizin rahatlığında ətir hazırlayın

rttEvinizin rahatlığında ətir hazırlayın

Gözəl qoxunun gəlməsi əsrlərdir insanların diqqət etdiyi bir mövzudur. Məsələn gözəl qoxu verməyi adına ətir sektorunu yaradan fransızlar, əsrlər əvvəl müxtəlif ətir yağları və kimyəvi birləşmələrdən gözəl qoxular əldə etmiş, onlardan əvvəl isə qədim misirlilər isti bir iqlimdə yaşamadıqlaına görə, həddindən artıq tərləmə üzündən pis qoxu verməyi aradan qaldırmaq üçün iqlimin əl verdiyi ölçüdə (hər cür meyvə bitkidən faydalanaraq ) müxtəlif qarışıqlar hazırlamış və Fironların belə istifadə ətirlər əldə etmişlər.

Hazırda gözəl qoxunun bu qədər əhəmiyyətli olması ətir sektorunu dahada inkişaf etdirib. Bu qədər böyük bir sektorun məhsulları olduqca bahalıdır. Əgər siz də gözəl bir qoxu amma keyfiyyətli bir ətirə yüzlərlə manat vermək istəmirsinizsə, sizlər üçün bir təklifimiz var. Əsas yağlarla öz ətirinizi yaradın!

Tərkibi:

İstədiyiniz bitkinin və ya meyvənin (bənövşə, lavanta, şokolad, çobanyastığı, çiyələk və s. Kimi) yağı

Bir qab

Qarışığı saxlamaq və sıxmaq üçün istifadə edə biləcəyiniz bir şüşə

Hazırlanması:

Əvvəlcə bəyəndiyiniz qoxuları seçin. Məsələn çiçəkli bir qoxu əldə etmək üçün bənövşə, lavanta və çobanyastığı yağını qarışdıra ya da tək-tək istifadə edə bilərsiniz. İstədiyiniz qoxunu seçdikdən sonra bir qabda bu yağları qarışdırın.

Qarışığı hazırlayarkən təcrübi olmanız, yəni qoxuları az-az qoyaraq istədiyiniz qoxunu əldə edənə qədər iyləmək lazım olduğunu unutmayın. İstədiyiniz qoxunu əldə edincə qarışığın içinə bir ya da iki yemək qaşığı qədər su qoyun. Qarışdırın. Daha sonra qarışığı şüşənin içinə boşaldın. Çalxalayıb 1 gün gözləyin.


Buna da baxın

Fransızların “məhəbbət alması” adlandırdığı tərəvəzin çox az adama məlum olan faydası

Whatsapp ilə PaylaşFransızların “məhəbbət alması” adlandırdığı tərəvəzin çox az adama məlum olan faydası Fransızlar bu …