Əsas səhifə / Əsas menu / Şou-biznes / “Evlənəndən sonra müğənnilikdən uzaqlaşacam”
Bizi mobildən daha sürətli  izləyin

“Evlənəndən sonra müğənnilikdən uzaqlaşacam”

er“Evlənəndən sonra müğənnilikdən uzaqlaşacam”

Müğənni Eldar Qasımov şəxsi həyatı ilə bağlı açıqlamalar verib.

Məlumata görə, ifaçı evləndikdən sonra şou-biznesdən gedəcəyini bildirib:

“Evlənmək mənim karyeramın sonu deməkdir. Çünki ailə qurduqdan sonra müğənnilikdən uzaqlaşacam. Özümü xanımıma və övladlarıma həsr edəcəm. Ola bilər ki, bir müddətdən sonra yenidən sənətə qayıda bilərəm. Hələ ki, edəcəyim layihələr var. Ona görə də belə tezliklə subaylığın daşını atmağı düşünmürəm”.

E.Qasımov bəyəndiyi xanım tipindən də bəhs edib:

“Həmişə deyirəm ki, mən qarasaç, qara və iri gözləri olan xanımları xoşlayıram. Barmaqları uzun olsun. Amma həmişə həyatıma bu istəklərimin tam əksi olan xanım girib. Əsas odur ki, sadə və ürəyitəmiz olsun. Ailəmlə, dostlarımla səmimi davransın”.

Yeniliklərindən danışan ifaçı studiya açmaq istədiyini bildirib:

“Ən böyük arzum studiya açmaqdır. Ondan sonra tamaşaçı mənim simamı heç vaxt görməyəcək. Ancaq mahnılarımı eşidəcəklər. Səhərdən axşama qədər orada çalışacam”.


Buna da baxın

Yaşınız qədər qaşıqla düyü götürün… Həyatınızı dəyişdirən prosedur

Whatsapp ilə Paylaş Neçə yaşınız varsa, o qədər qaşıq düyü götürün, üzərinə su tökün… Həyatınızın …