Əsas səhifə / Əsas menu / Qadın psixologiyası / Evlənmədən öncə mütləq oxuyun
Bizi mobildən daha sürətli  izləyin

Evlənmədən öncə mütləq oxuyun

kisi-ve-qadin

Evlənmədən öncə mütləq oxuyun

Evlənmədən əvvəl yaxşıca araşdırın, tövsiyyələrə əməl edin, daha sonra evlilik qərarınızı verin.

Gülməyən birinə qətiyyən güvənməyin

Gülmək istəyəndə  ‟cool‟ görünmək üçün özünü saxlayan, qəhqəhə atmayan bir kişi qətiyyən özü kimi olmayan bir kişidir. Həmişə başqası kimi yaşayan, saxta birinə ömürboyu necə güvənmək olar, sizcə? Buna görə ilk əvvəl niyə soyuq və robot kimi olduğunu soruşun. Əgər olduğundan fərqli görünməyə çalışan biridirsə, ondan uzaq durun.

Gedən qatarın arxasından qaçmayın

Siz stansiyada gözləyən bir yolçu, kişilər isə stansiyadan keçən qatar kimidir. Qatarı ötürdünüzsə, qətiyyən arxasınca qaçmayın, bu, sizə zərər verər. Hər halda o stansiyaya yenə başqa qatarlar gələcək. Gedənin arxasınca qaçmaq və ona görə üzülmək yerinə, həyatın qarşınıza çıxardığı yeni fürsətləri dəyərləndirin. Gedən artıq getmişdir, gələcək olan haqda düşünün.

Çətin kişi tiplərindən uzaq durun

Qısqanc, işini sevən, bağlanmaqdan qorxan, şorgöz kişilərdən uzaq durun.

Hobbiləri olan kişiləri seçin

Həyatı sadəcə işindən ibarət olan kişilər sıxıcı olurlar. Hobbiləri olan bir kişi isə həyatınıza rəng qatar. Evlənərkən özü olmağı sevən, hobbiləri olan bir kişi seçin.

Ruhunuzun əkizini axtarmayın

Sizinlə eyni zövq və dünyagörüşünə sahib biri ilə həyat yaşamaq düşündüyünüz qədər əyləncəli olmaya bilər. Əsas olan fərqli düşüncələrinizin sonunda bir-birini tamamlamasıdır. Birini ilk görərkən “Mənə bənzəmir, tipim deyil”, – deyib üstündən xətt çəkməyin. Bir az tanımağa çalışın. Bəlkə onunla birlikdə olmaqdan zövq aldınız və ondan öyrənəcəyiniz çox şey oldu.

Heç dostu olmayan bir adamla evlənməyin

Bu, onun sosiallaşma problemi olduğuna işarədir. Bir müddət sonra sizin də dostlarınızdan sıxılaraq sizi onlardan uzaqlaşdırmaq istəyəcək. Evlənəcək iki şəxs ilk öncə yaxın dost olmalıdır.

Buna da baxın

Xoşbəxt ailənin 6 sirri

Whatsapp ilə Paylaş Bir ömür boyu xoşbəxt olan ailələrin sirri nədir? Qadinklubu.com həmin sirri sizə …