Əsas səhifə / Əsas menu / Qadın psixologiyası / Evliliyə hazırsınızmı?
Bizi mobildən daha sürətli  izləyin

Evliliyə hazırsınızmı?

 

12226056E32D554E993C0EF2r

Evlilik qərarı verməzdən əvvəl çox düşünməyiniz və evliliyə hazır olub-olmadığınızı yaxşıca anlamağınız lazımdır.

Dəyişəcəyinə ümid bəsləyirsinizsə

Əgər partnyorunuzun bəzi xüsusiyyətlərini dəyişdirsə, mükəmməl biri olacağını düşünürsünüzsə, evlilik qərarı verməzdən əvvəl bir daha düşünmənizdə fayda var. Partnyorunuzun dəyişməsinə ümid etməyiniz əslində onu tam da olduğu kimi qəbul edə bilmədiyinizi göstərir və bu birlikdə qurulacaq bir gələcək üçün çox da yaxşı bir işarə deyil. Evlilik bir-birinizin mükəmməl olmayan halınıza belə duyduğunuz bir sevgi üzərinə qurulmalıdır. Əgər partnyorunuzu olduğu kimi deyil, istədiyiniz kimi görürsünüzsə və sevirsinizsə bu irəlidə daha çox böyük problemlərə yol aça bilər.

Bir çıxış yolu axtarırsınızsa

Partnyorunuz içində olduğunuz həyatdan bir qaçış yolu təqdim etdiyi üçün onunla evlənmək istəyirsinizsə, bunun sağlam bir hal olmadığını söyləyə bilərik. Onunla evləndiyiniz zaman maddi baxımdan daha rahat bir yerdə olacağınızı düşünürsünüzsə və daha da əhəmiyyətlisi evlilik qərarınızdakı ən əsas faktor budursa, təkrar düşünsəniz yaxşı olar.

Məcbur hiss edirsinizsə

Evlilik tamamilə sizin verməli olduğunuz bir qərardır, yalnız partnyorunuz istəyir, ya da artıq zamanının gəldiyini düşünürsünüz deyə onunla evlənmək heç də doğru deyil. Həmçinin ya ailənizdən, ya da ətrafınızdan gələn evlilik təzyiqlərini də gözardı etməyi öyrənməlisiniz. Yaşınızın gəldiyini, ya da çox gec qalmadan bir uşaq sahibi olmanız lazım olduğunu söyləyən insanları eşitməyin və yalnız partnyorunuzla bir gələcək qurmaq istədiyinizdə evlənməyə qərar verin.

Ehtimallar

Zaman-zaman evliliyiniz davam etməzsə nə edəcəyinizi düşünürsünüzsə, deməli evliliyə tam hazır deyilsiniz. Əlbəttə, evliliyinizin davam etməmə ehtimalı var. Qanuni nəticələri bilməyiniz, yaxud maliyyə vəziyyətinizi qorumaq üçün addımlar atmağınız düzgündür, ancaq “davam etməzsə” qisiminə çox diqqət etmək münasibətinizə çox da inanmadığınızın bir işarəsi olaər.

Peşmanlıq hiss edirsinizsə

Evlilik təklifini qəbul etdiyiniz üçün bəzən peşmanlıq hiss edirsinizsə, ya da peşman ola biləcəyinizə dair bir hissiniz varsa, bu yanlış yolda olduğunuzun ən böyük sübutudur. Özünüzə bir az müddət ayırın və sınayıb yanılmaq yerinə, bu zaman ərzində həqiqətən peşman olub-olmadığınızı anlamağa çalışın.//xanim.net

Buna da baxın

Eşq? Şəfqət? Şəhvət?

Whatsapp ilə Paylaş Bəzi qadınlar ana roluna o qədər öyrəşirlər ki, həyat yoldaşlarına da uşaqlarıymış …