Əsas səhifə / Əsas menu / Xəbər / Eybəcər uşaqların gözəl anası cərimələndi
Bizi mobildən daha sürətli  izləyin

Eybəcər uşaqların gözəl anası cərimələndi

Eybəcər uşaqların gözəl anası cərimələndi

eybecer-cin

Çində qeyri-adi məhkəmə prosseslərindən biri başa çatıb.

Kişi plastik əməliyyat etdirdiyini ondan gizlədən keçmiş həyat yoldaşından 120 min dollar həcmində kompensasiya tələb edib.

Məhkəmə iddianı təmin edib.  Qeyd olunub ki, qadın özünü gözəlləşdirmək üçün plastik əməliyyarta 100 min dollar xərcləyib.

Hadisə bir neçə il öncə Fenq cütlüyünün ilk övladı dünyaya gələndə başlayıb. Ata Çjan Fenq yeni dünyaya gələn qızcığazın çirkin olmasından təşvişə düşüb. Həyat yoldaşı və özü də kifayət qədər yaraşıqlı olan Fenq əvvəlcə arvadını xəyanətdə günahlandırıb, ancaq DNT testi onun şübhələrini doğrultmayıb. Bu zaman həyat yoldaşı onunla tanış olana qədər bir neçə ciddi plastik əməliyyat keçirdiyini etiraf edib və indi uşaqların onun “keçmişi”nə bənzəyə biləcəyini deyib.

Çjan Fenq dərhal boşanmaq qərarına gəlib və gözəlliyinin süni olduğunu gizlədən həyat yoldaşını yalan danışmaqda ittiham edib.

Məhkəmə Çjan Fenqin ittihamları ilə razılaşıb. “Ailə quranda mən ona dəlicəsinə aşiq idim. Ancaq ilk övladımızın dünyaya gəlməsindən sonra problemlər başladı. Bizim qızımız o qədər çirkin idi ki, ona baxanda mən belə qorxurdum”,-deyə Çjan jurnalistlərə açıqlamasında bildirib.

Teleqraf.com

Buna da baxın

Sultan Süleyman saqqalını kəsəcək

Whatsapp ilə PaylaşSultan Süleyman saqqalını kəsəcək Halit Ergenç 4 illik saqqallarından azad olacaq “Möhtəşəm yüz …