Əsas səhifə / Əsas menu / Gözəllik / Eyeliner yoxsa göz qələmi?
Bizi mobildən daha sürətli  izləyin

Eyeliner yoxsa göz qələmi?

bu-senenin-Eyelinerlı-Günlük-Makyaj-Modelleri

Eyeliner yoxsa göz qələmi?

Göz makiyajı deyəndə ağıla ilk gələn eyeliner və göz qələmi olur. Həm qalıcı olmağına, həm də istifadəsinə görə eyeliner və göz qələmi fərqlənir. Sizin üçün hansı vasitənin daha uyğun olduğunu öyrənmək istəyirsinizsə aşağıdakı yazımızı diqqətlə oxuyun.

Niyə göz qələmi?

– Hazırlanmaq üçün az vaxtınız varsa eyeliner yerinə göz qələmi istifadə edin. Eyeliner tez quruyur və qalıcıdır. Çəkərkən ətrafa yayılsa təmizləmək üçün əlavə vaxt sərf edəcəksiniz.

– Yumşaq (soft) baxışlara sahib olmaq istəyirsinizsə yenə göz qələmini seçin. Qələmi çəkdikdən sonra qulaq çubuğu vasitəsilə çəkdiyiniz xətti dağıdıb makiyajınızı biraz daha yumşalda bilərsiniz.

– Yumşaq uclu qələmləri göz içində də istifadə edərək makiyajınızı daha göstərişli edə bilərsiniz.

Niyə eyeliner?

– Daha göstərişli və sərt görünüş əldə etmək istəyirsinizə gecə makiyajında göz qələmi əvəzinə eyeliner istifadə edin. Gündüz makiyajınızı gecəyə daşımaq üçün səhər çəkdiyiniz qələmin üstünə bir qat eyeliner çəkməyiniz kifayətdir.

– Göz ətrafınız yağlı və gün içində göz qələminiz təsirini tez itirirsə, gündüz majiyajınızda da likit (liquid) eyeliner tərcih edəbilərsiniz.

– Çox nəmli və ya tərləmə ehtimalınız olan bir yerə gedirsinizsə seçiminiz yenə eyeliner olsun. Beləliklə, makiyajınızın axmasının qarşısını alacaqsınız.

Buna da baxın

Göz qələminin axmaması üçün bunları edin

Whatsapp ilə Paylaş Göz qələmi çoxu qadının əvəzedilməz makiyaj vəsaitlərindəndir. Göz qələmi gözləri cazibədar göstərsə …