Əsas səhifə / Əsas menu / Gözəllik / Eyelineri gözünüzün formasına uyğun çəkin
Bizi mobildən daha sürətli  izləyin

Eyelineri gözünüzün formasına uyğun çəkin

eyeliner400

Eyelineri gözünüzün formasına uyğun çəkin

Gözlərə eyeliner çəkərkən, bir çoxumuz çətinlik çəkirik. Gözəl və düzgün layner çəkmək bir az çətin olsa da, bir neçə praktik üsuldan sonra asan olacaq. Ancaq layner sürərkən gözünüzün formasını də nəzərə almalısız. Əgər gözləriniz kiçikdirsə, bəlkə də çəkdiyiniz layner şəkli gözlərinizi daha da kiçik göstərə bilər. Buna görə sizlərə, gözlərin formasına uyğun eyeliner çəkmək üçün sizə bir neçə məsləhətimiz var.

Assimetrik gözlər

Əgər bir gözünüz digərindən bir az daha böyükdürsə, hər iki gözün eyni şəkildə görünməsi üçün qara göz qələmi ilə gözün iç küncündən bayır küncünə qədər bir cizgi çəkin. Daha kiçik görünən gözün bayır küncünü bir az daha qalınlaşdırın.

Bir-birinə yaxın gözlər

Bu göz şəklinə maliksinizsə, göz ətrafına qapadıcı vurun. Sonra göz qələmi ilə gözlərin orta hissəsindən başlayaraq yanda “V” hərfi çəkin. Üzərindən linerlə keçib göz bitimində qalın quyruq qoyun.

Geniş gözlər

Böyük gözlər hər cür layner stili üçün uyğundur. Əsasən də pişik gözlər. Göz dispenserindən içəriyə doğru kiçik bir tərs “v” hərfi çəkin. Göz dispenserindən bayıra doğru qalın bir cizgi çəkin. Cizginin içini doldurun. Qalın quyruq çəkib quyruğun ucunu qaşlara doğru uzadın.

Kiçik gözlər

Tünd tonda göz kölgəsini bütün göz qapağına vurun. Üst kirpik dibləri boyunca qara göz qələmi vurun. Göz qələmini barmağınızla yayın. Göz kənarına kölgə vermək üçün göz kölgəsini bir az çox sürtün. Alt kirpik diblərinə də eyni şeyi edin. Sonda da bol tuj vurun.

Buna da baxın

Eyeliner çəkmək heç bu qədər asan olmamışdı

Whatsapp ilə Paylaş  İşə eyeliner növlərini və xüsusiyyətlərini öyrənərək başlayın . Qələmlər ; bulaşıb dağılmadığı …