Əsas səhifə / Əsas menu / Gözəllik / Eynək taxan xanımlar belə makiyaj etsin
Bizi mobildən daha sürətli  izləyin

Eynək taxan xanımlar belə makiyaj etsin

1372604189_gozluk1-6848

Eynək taxan xanımlar belə makiyaj etsin

Qadın gözəlliyinin sirlərindən biri də sirli baxışlardır. Əgər eynəklə gözəlliyinizi örtüdüyünüzü düşünürsünüzsə, heç narahat olmayın. Sadəcə eynəyin arxasından gözəlliyi göstərməyi bacarmaq lazımdır. Bunun üçün xanımlar eynəyə uyğun makiyaj etməlidirlər.

Gün ərzində tərləməklə makiyaj axır və makiyaj eynəklə daha pis vəziyyətə düşür. Bunun qarşısını almaq üçün BB kremdən istifadə daha münasibdir.

Gözlərdə olan göyərtini aradan qaldırmaq üçün dərinin rənginə uyğun korrektorlardan istifadə edin. Bununla baxışlarınız eynəyin arxasından daha da cazibədar görünəcək.

Eynəyin şüşələrinin çevrəsinə uyğun makiyaj etmək lazımdır. Eynəyin böyüklüyünə görə, makiyajın necə olacağına özünüz qərar verin. Geniş çərçivəsi olan eynəkdən istifadə edirsinizsə, daha dramatik makiyaj edin. Əgər eynəyin çərçivəsi kiçikdirsə, daha yüngül makiyaja üstünlük verin.

Parıltılı göz makiyajları eynəyin şüşəsi ilə bir araya gəldikdə qarmaqarışıq görüntü yaranır. Buna görə də tutqun, mat kölgələrdən istifadə etməyə çalışın.

Qaşlara xüsusi diqqət edin. Eynəkdən istifadə edən xanımların qaşlarını daha da dolğunlaşdırması məsləhətdir. Qaş fırçası ilə qaşlarınızı yuxarı darayın və boşluqları qaş üçün olan qələmlə doldurun.

Buna da baxın

Makiyajla “cool” görünmək üçün 6 məsləhət

Whatsapp ilə Paylaş Hər qadın özünü gözəl hiss etmək istəyir. Gün ərzində baxımlı görünmək üçün …