Əsas səhifə / Əsas menu / Gözəllik / Eynəkli xanımlar üçün 10 makiyaj tövsiyəsi
Bizi mobildən daha sürətli  izləyin

Eynəkli xanımlar üçün 10 makiyaj tövsiyəsi

eynekqad

Əgər günlük eynəkdən istifadə edirsinizsə, Qadinklubu.com-un bu makiyaj tövsiyələri sizin üçündür.

Eynəyin şüşəsinin gözlərinizi necə göstərdiyi ən önəmli nöqtədir

Eynək gözlərinizi olduğundan kiçik və ya böyük göstərirsə, makiyaj zamanı bunu nəzərə almalısınız. Əgər gözləriniz kiçik görünürsə, makiyajla onu böyütmək, həddən artıq böyük görünürsə, kiçik göstərmək lazımdır.

Eynək çərçivəsinin qalınlığına diqqət edin

Gözlərinizin daha gözəl görünməsini istəyirsinizsə, eynəyiniz çərçivəsi qalındırsa layneri qalın, incədirsə, layneri də incə çəkin. Çünki qalın çərçivəli bir eynəklə gözünüzə çəkdiyiniz incə layner görünməyəcək. Eyni şəkildə, əgər incə çərçivəli və ya çərçivəsiz eynək taxırsınızsa, layner də incə, qısa və quyruqsuz olmalıdır ki, zərif bir görüntü əldə edəsiniz.

Laynerin necə göründüyü önəmlidir

Kəskin xətlər əvəzinə, yüngülcə çəkilən layner eynəklə bərabər sizi daha təbii göstərəcək.

Makiyajınızı əksiksiz edin, ya da ümumiyyətlə etməyin

Uzun kirpiklər sizin üçün vazkeçilməz olmalıdır. Çünki, eynəkdən çıxan kirpiklər qədər təbii heç bir görüntü ola bilməz.

Bütün baxışlarınıza təsir edən əslində qaşlarınızdır

Qaşlarınızı üz formasına və eynəyinizə uyğun formaya salın. Saçlarınıza uyğun bir rənglə qaşlarınızı qələm vasitəsilə doldura bilərsiniz. Qaşlarınız eynəkdən mütləq görünməlidir. Eynəyin altında qalmamalıdır.

Dodaq makiyajınız çox önəmlidir

Canlı rənglərdən vaz keçməyin. Diqqət çəkici rənglər sizə çox yaraşacaq. Parladıcı istifadə edərək dodaqlarınızı daha həcmli göstərə də bilərsiniz.

Son addım isə ənlikdir

Eynəkləriniz yanaqlarınızı örtsə belə, ənlikdə isti rənglərdən istifadə etməyi unutmayın. Çəhrayı yanaqlar sizi solğun görüntüdən xilas edər.

Buna da baxın

Sızanaqlı dəriyə makiyaj necə edilməlidir?

Whatsapp ilə Paylaş Sızanaqlı dəriləri makiyaj etmək biraz daha çox diqqət və zaman tələb edir. …