Əsas səhifə / Manşet / Fərqanə Gülağa qızı ilə sağlam dietanın sirləri – Video
Bizi mobildən daha sürətli  izləyin

Fərqanə Gülağa qızı ilə sağlam dietanın sirləri – Video

Bu bizik proqramının aparıcısı Fərqanə Gülağa qızının bu dəfəki mövzusu artıq çəkilərdən xilas olmağın peşəkarcasına üsullarını araşdırmaq olmuşdur. Bayramdan sonra qazanılan artıq çəki, toksinlərdən sağlam şəkildə xilas olmağın üsullarını verlişin qonağı olan dietoloq Leyla Zülfüqarova bu bizik tamaşaçıları ilə paylaşmışdır.

Bu bizik proqramının qonaqları müğənni Murad Sadıq və Leyla Zülfuqarova olmuşdur. Dietoloq Leyla Zülfüqaovanın iş otağında gerçəkləşən proqramda daha çox bayramdan sonra qazanılmış artıq çəkidən sağlam şəkildə normal qidalanmağa istinad edilməsi haqqında müzakirələr aparılmışdır.

“Sağlam bəslən sağlam arıqla” kitabının müəllifi olan Leyla Zülfiqarova limonlu suyun toksinləri parçalamaq kimi bir xüsusiyyətə malik olmadığını, sırf limonlu su içərək yalnış qidalananıb arıqlamaq iddiasında olmaq fikrinin doğruluğunu təqzib etdi. Limon daha çox ət yeməkləri ilə yanaşı qəbul edilməli, əks təqdirdə fəsadlara yol aça bilər. Xüsusən də səhərlər ac qarına içilən limolu suyun mədə-bağırsaqdakı problemlərin daha da kəskinləşməsinə gətirib çıxara bilər. Limonlu su qəbul olunmuş toksinlərin neytrallaşdırmaq kimi bir xüsusiyyətə malik deyildir. Eyni zamanda həblər də toksinləri neytrallaşdırmır. Bunun üçün sadəcə düzgün qidalanmaq və qidaların bir-birilə olan əlaqəsini doğru bilmək lazımdır.

Verilişin qonağı olan Murad Sadıq da dietoloq Leyla Zülfüqarovanın məsləhətləri və proqramı ilə artıq çəkilərdən xilas olduğunu və hələ də proqramın davam etdirildiyini vurğulamışdır.

2 1

Buna da baxın

Sənətçilər “Bu bizik”də toplandılar

Whatsapp ilə Paylaş Bayram  ərəfəsində, Bakıda və regionlardakı televiziya kanallarının  yeni il və dünya azərbaycanlılarının …