Əsas səhifə / Manşet / Facebookdan sevgilisindən ayrılanlara özəl yenilik – artıq onu əngəlləməyə gərək qalmayacaq
Bizi mobildən daha sürətli  izləyin

Facebookdan sevgilisindən ayrılanlara özəl yenilik – artıq onu əngəlləməyə gərək qalmayacaq

fbsevv

Facebook-dan yenilik – artıq ayrıldığınız sevgilinizi bloka almağınıza (əngəlləməyə) gərək qalmadı. Yeniliyə əsasən, onu bloka atmadan da, görməyə bilərsiniz.

Qadinklubu.com-un verdiyi məlumata görə, Facebook, bu gün rəsmi səhifəsində verdiyi açıqlamasında sevgilisindən yenicə ayrılanların kədərinə ortaq olmaq üçün, yeni bir tətbiqi testdən keçirdiyini bildirib.

Facebook,  münasibətlər haqda bilgilərini “…ilə sevgili/evli/nişanlı/birlikdə yaşadığı biri var/münasibətə açıq…” kimi durumlardan, “münasibətdə deyil”ə çevirdiyində, “Bir az ara ver, aşağıda sənə kömək ola biləcəyini düşündüyümüz dəyişikliklər” şəklində bir siyahı təqdim edəcək. Ayrıldığınız insan etdiyiniz bu dəyişikliklərdən xəbərdar olmayacaq.

Bu yenilik sayəsində, ayrıldığınız insanın paylaşımlarını onu əngəlləmədən və ya dostluq siyahınızdan çıxarmadan da, görməyəcəksiniz. Eyni zamanda, o da sizin paylaşılarınızı görməyəcək. İkinizin birlikdə olduğunuz paylaşımlar isə, Facebook tərəfindən 3-cü şəxslərə göstərilməyəcək.

Buna da baxın

Münasibətlərdə edilən 9 səhv

Whatsapp ilə Paylaş Mütəxəssis hipnoterapevt, psixoloq Gani Eser sevgililər arasındakı münasibətlərdə bitmə nöqtəsinə gətirən davranış …