Əsas səhifə / Əsas menu / Praktika / Faydalı məsləhətlər
Bizi mobildən daha sürətli  izləyin

Faydalı məsləhətlər

Chef cutting the onions on a wooden board

Soğan

Soğan soyarkən gözlərinin yaşarmaması üçün yanınıza içi su ilə dolu bir qab qoyun. Belə etdiyiniz halda gözləriniz yaşarmayacaq. Soymağa başlamadan əvvəl barmaqlarınızı sirkəyə batırsanız, soğan qoxusunun əlinizə bulaşmadığını görəcəksiniz.

Limon

lim
Kəsik limonlarınız dərhal quruyursa bunun qarşısının alınması və ya kəsik limonun saxlanma müddətinin bir az daha uzadılması üçün nə etməli? Bunun üçün kiçik bir qaba şəkər tozu səpin, limonun kəsik tərəfini şəkərin üzərinə gələcək şəkildə yerləşdirərsəniz, iki həftə qurumadan saxlaya bilərsiniz. Və yaxud başqa bir üsuldan istifadə etməklə eyni nəticəni əldə edə bilərsiniz. Limonun üzərinə duz tökün . Bu üsulla da limonu ikinci bir istifadəyə qədər quruyub pozulmadan saxlamaq mümkündür.

Bal necə saxlanılır ?

ba;
Balın ilk günki kimi təzə qalmasını istəyirsizsə bir neçə kiçik detala fikir verməyinizi kifayətdir. Bunlardan öncəsi və ən önəmlisi bal qabının isti olmayan sərin və qaranlıq bir yerdə saxlanılmasıdır. Gün işığı alan bal pozular. Eyni zamanda, qabın qapağı açıq qalsa nəm alır və dadı acımtıraq olur.

Buna da baxın

Çillərindən xilas olmaq istəyənlərə təbii həll yolları

Whatsapp ilə Paylaş Çox çillərim var və bu xoşuma gəlmir deyirsinizsə, Qadınklubu.com sizə çillərdən xilas …