Əsas səhifə / Manşet / Feyxoa kompotu
Bizi mobildən daha sürətli  izləyin

Feyxoa kompotu

h

Feyxoa sevənlər, nəinki bu meyvədən mürəbbə eyni zamanda kompot da hazırlaya bilərsiniz.

Həm rahat, həm də ləziz olan feyxoa kompotunu siz də hazırlaya bilərsiniz.

Qadınklubu.com sizlərə olduqca ətirli və dadlı olan feyxoa kompotunun tərifini təqdim edir.

Lazım olan ərzaqlar:

3 litr qaynar su

2 su stəkanı toz şəkər

200q feyxoa

Hazırlanması:

Bir qazanda 3litr su qaynadılır.

Su qaynadıqdan sonra üzərinə toz şəkər əlavə edilir.

Şəkər əlavə edildikdən 1-2 dəqiqə sonra, yuyularaq qabıqları zövqə görə soyulan feyxoa suya əlavə edilərək, 10-15 dəqiqə qaynadılır.
Ocaqdan alınıb soyumağa qoyulur.

Nuş olsun ….