Bizi mobildən daha sürətli  izləyin

Fincanda dessert

Tərkibi:

  • 1 litr süd
  • 225 qr şəkər (2.5 qəhvə fincanı )
  • 180 qr un
  • 1 x/qaşığı kərə yağı
  • 1 paçka vanil

Bəzədilməsi üçün:

  • Hindistan qozu
  • Çiyələk
  • Yaşıl fıstıq

(Videodakı fincanlar 90ml ölçüsündədir)

Hazırlanması:

  1. Uyğun bir qazana süd, un və şəkər əlavə edilib, qarışdırılaraq bişirilir.
  2. Qarışım bir qədər matlaşaraq qaynamağa başladığında, 1 yemək qaşığı kərə yağı və vanil əlavə edərək qarışdırılır.
  3. Daxili qisimi su ilə isladılan fincanlar pudinq ilə doldurulur.
  4. Kiçik fincanlar ilə 12 ədəd dessert hazırlaya bilərsiniz.
  5. Desertlər soyuduqdan sonra soyuducuda 3-4 saat gözlədilir.
  6. Dessertin üzərinə yüngülcə basdırılaraq,fincandan ayrılması təmin edilir.
  7. Fincan tərs çevrilərək dessert çıxarılır. Asan düşməsi üçün dessertin bir kənarına basaraq, hava almasını təmin edə bilərsiniz,
  8. Dessertlər hindistan qozunda fırladılaraq, üzərini zövqə görə fıstıq, çiyələklə bəzəyib, servis edə bilərsiniz.

Nuş olsun!