Bizi mobildən daha sürətli  izləyin

Fisincan-plov

http_95.86.135.60_bpictures_picture78551

Fisincan-plov

Tərkibi:

-220 q qoyun və ya toyuq əti
-150 q düyü
-50 q ərinmiş yağ
-50 q qoz ləpəsi
-50 q nar və ya 15 q narşərab
-2 q limon turşusu və yaxud 15 q abqora
-20 q baş soğan
-darçın
-zəfəran
-istiot
-duz

Hazırlanması:

Toyuq əti tikə-tikə doğranılır, duz və istiot vurulub qarışdırılır. Suda ərinmiş limon duzu və ya abqora qara çuqun tavada qaynadılıb,  döyülmüş qozun üstünə tökülür. Hazırlanmış ətə yağda qızardılmış soğan, qoz ləpəsi, azacıq bulyon, nar dənələri, darçın vurulub bişirilir.

Fisincanı ətdən hazırladıqda qoyun əti qiyməsindən küftəciklər yumurlanır, yağ-su qarışığında bişirilir və toyuq ətindən fisincanda olduğu kimi hazır vəziyyətə gətirilir.

Düyüdən ayrıca plov hazırlanır. Süfrəyə verdikdə boşqaba təpəcik şəklində düyü çəkilir, yanına fisincan və bir tikə qazmaq qoyulub üstünə yağ tökülür.

Nuş olsun!

Buna da baxın

Pendirli toyuq kotleti resepti

Whatsapp ilə Paylaş  Tərkibi: 1 kilo çəkilmiş toyuq əti (hinduşka əti də ola bilər) 2 …