Əsas səhifə / Əsas menu / Xəbər / Flora Kərimova klipə çəkildi
Bizi mobildən daha sürətli  izləyin

Flora Kərimova klipə çəkildi

Flora Kərimova klipə çəkildi

Flora Kərimova klipə çəkildi1

Flora Kərimova-Necə unudum səni (Arif Flash&Dj Parc remix)

Bu yaxınlarda birgə albom layihəsinə başlayan iki dj Arif Flash və Dj Parc musiqi mədəniyyətimizə böyük xidmətləri olmuş karifeylərin mahnılarının yeni aranjimanda və remix versiyada üzə çıxartmaq qərarına gəliblər. Beləki Polad Bülbüloğlu-Gəl ey səhər, Qaya qrupu-Ey həyat sən nə qəribəsən? mahnılarının ardından Flora Kəriomovanın Necə unudum səni? mahnısını işləyən iki dj daha dözə bilməyiblər. Mahnının təsiri altındaca elə rejissor Türkay Azəriyə müraciət ediblər. Rejissor Türkay Azəri mahnıya ən az 200 dəfə qulaq asdığını dedi. Mahnı çətin mahnı olduğu qədər çəkilişidə çətin oldu. Çəkilişlərini Fatmeyidə və Xızıda apardıq deyən rejissor əslində hər işindən zövq aldığı kimi, dj-lərlə işdən və ən əsasdə Flora xanımla işdən çox böyük zövq aldığını bildirdi.
Rejissor heyyətinə bu klip üçün Temp Productiondan
Assistent-Tərlan Abdullayev, Operator-Vaqif Rəşidov, İşıq-İlham Əliyev, Səs rejissoru-Şahin Allahverdiyev, Fotoqraf-Elcan Ələkbərov, Stilist-Süleyman Həsənov, Menecer-Elşən İlyasovu dəvət edib.
Klip Temp Productionun məhsuludur.



qadinklubu.com