Əsas səhifə / Əsas menu / Foto / Fotoşəkillərdə gözəl görünmək üçün bunları edin
Bizi mobildən daha sürətli  izləyin

Fotoşəkillərdə gözəl görünmək üçün bunları edin

l

Bəzi insanların şəkillərinə baxarkən qibtə edərik.

Çünki, şəkildə olduqca gözəl görünərlər. Ayna qarşısında gözəl olduğumuzu düşündüyümüz təqdirdə, necə olur ki, fotoda eyni fikirdə olmuruq?  Bunun da incə sirli məqamları vardır.

Unutmayın, fotoqrafiya bir sənətdir və hər sənət kimi onun da peşəkarlara məxsus incəlikləri olmaya bilməz. İşıq, fon, poza, profil, fas  və.s bu kimi özünəməxsus qaydaları olan fotoqrafiya sənəti günümüzdə hamının peşəkar və ya qeyri-peşakar müraciət etdiyi bir sahədir. Ən önəmli olan fotoya baxarkən özünü bəyənmək və şəkilin həqiqətən də əbədi bir xatirəyə çevrilməsini təmin etməkdir. Bir çoxları nədənsə şəkildə yaxşı görünmürəm düşüncəsi ilə obyektivdən qaçırlar. Düzdü şəkildə olduğundan pis görünmək kimi bir anlayış fotoqraflar tərəfindən də təsdiqini tapmışdır.

Amma hər şey kimi onun da bir çarəsi təbii ki vardır. Necə? Cavabı qadınklubu.com-un hazırladığı yazının davamında.

Poz verməyin, poza versəniz pis çıxarsınız. Ya da ən azından poza verməmiş kimi görünün. Gözəl fotonun əsas meyarı məhz budur!

-Əgər xüsusi bir çəkilişdirsə, poza vermədən təbii hərəkətdə görünmək lazımdır. Fotoqraf təbii pozlarınızı onsuzda hədəfləyəcəkdir.

  •  Spirt qəbul etdinizsə, 3-cü  qədəhdən sonra fotoşəkil çəkdirməyin. Belə olan halda sərxoş olmadığınızı hesab etsəniz də, foto sizinlə eyni fikri ifadə etməyəcək. Olduqca solğun və yorğun görünəcəksiniz.

-Patti Wood, uzadaraq deyilən ‘i’ hərfinin, dodaq kənarlarını yuxarı qaldırdığı üçün çəkiliş əsnasında, ‘Money “sözünün deyilməsinin doğru seçim olacağını söyləyir. ‘Money’ deyərkən göz ətrafınızda yaranan mimika xəttləri təbii bir gülümsəmə təəsüratı bəxş edəcək..

  • Təbiətdəki çəkilişlərdə gün batımını seçim edin. Məşhur fotoqraf  Jack Guy, gün batımı işığının sizi çox gözəl göstərəcəyini söyləyir. Aşağıya doğru daha az kölgə düşəcəyi üçün, gözaltı  torbalar fotoşəkildə görünməyəcək. Günəş, nəzarətdəki bölgəni işıqlandıracaq və daha gənc görünmənizi təmin edəcək.

  • Dilinizi dişlərinizin arxasında tutaraq gülümsəsəniz, üzünüz gərgin görünməyəcək.

  • Olduğunuzdan daha kilolu görünmək istəmirsinizsə və təbii görünüş əldə etmək istəyirsinizsə, dik dayanaraq qollarınızı bədəninizin yanında saxlayın. Ancaq əsla bədəninizə bitişik bir şəkildə dayanmıyın.

  • Buxaqınızın  gözə çarpmamasını  istəyirsinizsə, çənənizi yuxarıda tutaraq obyektivə gülümsəməlisiniz.

  • Boyunuzun yuxarısından çəkilən fotoda daha incə, aşağıdan çəkiləndə isə daha uzun görünəcəksiniz. Düz fasaddan çəkilən şəkildə isə artıq çəkili və olduğunuzdan daha balaca boy görünəcəksiniz.

  • Duruşunuz birbaşa obyektivə dönük olmamalıdır. Hansı profildən daha gözəl göründüyünüzə qərar verin və kiçik bucaqlı bir yan duruş sərgiləyin.

  • Təravətli və gözəl görünmək üçün, gözlərinizi çəkilişdən əvvəl bir az bağlayın. Çəkiliş əsnasında açın, fərqi görəcəksiniz.

  • Eyni zamanda geyiminiz də çox əhəmiyyətli. Xüsusi bir gün üçün edəcəyiniz çəkilişlərdə günün trendlərinə deyil, klassik stili seçim edin. İllər əvvəl çəkdirdiyiniz fotoşəkilləri sevgilinizə göstərərkən “Nə qədər də gülməli geyinmişəm, amma o zamanın modası elə idi” şəklində etdiyiniz şərhləri unutmayın.

  • Eninə xəttli köynəklər seçim etməyin. Bunlar sizi qısa və olduğunuzdan kilolu göstərəcək. Yüksək bel şalvar və ətəklər fotoşəkillərdə sizi daha uzun və zərif göstərəcək.

  • Fon rənginə diqqət edin. Paltarınızla eyni tonlardakı, ya da rəngi boğacaq məkanlardan uzaq durun.

  • Stilistlər, böyürtkən tonlarında işıltılı bir  dodaq boyasının  hər kəsə yaraşacağını söyləyir. Flaş dövründə sizi donuq göstərəcək qəhvəyi  tonlardan və sərt göstərən həddindən artıq parlaq rənglərdən uzaq durun.

Buna da baxın

Diqqəti cəlb etməyin üsulları

Whatsapp ilə Paylaş Gözəl görünmək üçün çox pul xərcəlməyinizə və saatlarla əziyyət çəkməyinizə ehtiyac yoxdur. …