Əsas səhifə / Manşet / Fransız bulkaları
Bizi mobildən daha sürətli  izləyin

Fransız bulkaları

bulka

Tərkibi:

hazır mayalı qat-qat xəmir
200 q kişmiş
200 q damla şokolad
“Kuantro” likörü və ya konyak

Krem:

0,5 l süd
100 q şəkər tozu
0,5 ç.q. vanilli şəkər
1,5 x.q. un
2 yumurta

Şərbət:

0,5 st su
0,5 st. şəkər tozu
Xəmirin donunu soyuducunun aşağı gözünə qoymaqla açın.
Kişmişi bir gecə öncədən konyakda və ya “Kuantro” liköründə isladın.
Krem: südə vanilli şəkər əlavə edib ocağın üstünə qoyun. O qızanadək 2 yumurtanı şəkər tozu və unla çalın, süd qaynamağa başlayanda südün 1/3-ni götürüb yumurta qarışığına nazik axınla əlavə edin (qarışdıra-qarışdıra), sonra bu qarışığı qaynayan südə əlavə edin, daim qarışdıraraq daha 5-7 dəqiqə bişirin. Soyudun.

Xəmiri yayın. Soyumuş kremi üzərinə çəkin. İki yerə bölün. Birinin üzərinə isladılmış kişmiş, digərinə isə damla şokolad səpin. Rulet kimi bükün. İti bıçaqla 2 sm qalınlıqlı dilimlərə doğrayın. Dilimlərin kənarı açılacaq, buna görə onların ucunu su ilə isladıb “gövdəyə” yapışdırın.

Perqament döşənmiş siniyə düzün, üstündən azacıq basıb yastılayın. Üzərinə yumurta sarısı çəkin. 20 dəqiqə şişməsi üçün saxlayın.

180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.

Bu müddətdə şərbət hazırlayın: yarım stəkan suda yarım stəkan şəkər tozunu əridib qaynadın.
Bulkaları sobadan çıxarandan sonra üzərinə bu şərbətdən çəkin ki, parıldasınlar.

Nuş olsun!

Buna da baxın

Mətbəx sirləri

Whatsapp ilə Paylaş Çörək, kruasan və ya şirniyyat bişirdikdə onların yumşaq olmasını istəyirsinizsə, aşağıdakı qaydalara …