Əsas səhifə / Manşet / Fransız peçenyəsi – Makaron
Bizi mobildən daha sürətli  izləyin

Fransız peçenyəsi – Makaron

Tərkibi:

  • 325 qr şəkər pudrası
  • 175 qr badam unu (pudrası)
  • 90 qr+90 qr yumurta ağı
  • 250 qr şəkər tozu
  • 75 ml su

Rəngli içlik:

  • 75 qr qaymaq 35 % li
  • 150 qr ağ şokolad
  • 20 qr kərə yağı

Qara içlik üçün:

  • 100 qr qaymaq 35%li
  • 100 qr qara şokolad

Hazırlanması:

Şəkər pudrası və badam ununu ələkdən keçirərək qarışdırın. Yumurta ağını əlavə edib qarışdırın. Qazana şəkər tozunu əlavə edib qarışdıraraq bişirin. Mikserin ən yüksək dərəcəsi ilə yumurta ağını çırpın. Sirop 180 dərəcə olduğunda mikseri söndürmədən az-az əlavə edərək qarışdırmağa davam edin. Əldə etdiyiniz qarışımı badam unu qarışımına əlavə edərək bir maddə halına gələnə qədər qarışdırın. Krem paketinə dolduraraq yağlı kağız üzərinə bərabər ölçüdə kütlələr düzün. Hazır olduqdan sonra üç dəfə sinini müəyyən yüksəklikdən səth üzərinə vurun ki makaronların daxilindəki boşlular çıxsın. Makaronları 30 dəqiqə gözlədin. Əvvəlcədən isidilmiş 150 dərəcəlik sobada 10 dəqiqə bişirin. Makaronları sobaya qoyduqdan sonra 6cı dəqiqədə sobanın dərəcəsini 140 dərəcəyə qədər azaldın. Və peçenyelərin yerini dəyişərək əks tərəfə çevirin ki hər tərəfi bişsin. Hazır olan makaronları sinidən çıxararaq soyumasını gözləyin.

Qaymağı qarışdıraraq ocaqda bişirərək üzərinə kərə yağını əlavə edərək qarışdırmağa davam edin. Qaynamağa başladığında ocağı söndürün. İstənilən qida boyası əlavə edə bilərsiniz. Digər qabda kərə yağı ilə qaymağı qarışdırın. Üzərinə şokolad əlavə edərək qaynamağa başladığında ocağı söndürün.

Soyumuş makaronların üzərinə krem paketi ilə içlikləri əlavə edib digər makaronla üzərini örtürük. 1 saat soyuducuda gözlətdikdən sonra servis edə bilərsiniz.

Buna da baxın

Makaronu təkrar isidib yeyin və daha az kökəlin

Whatsapp ilə PaylaşMakaronu təkrar isidib yeyin və daha az kökəlin Makarondan heç cürə əl çəkə …