Əsas səhifə / Əsas menu / Xəbər / Füzuli Musayev müğənni ilə evlənib?
Bizi mobildən daha sürətli  izləyin

Füzuli Musayev müğənni ilə evlənib?

Füzuli Musayev müğənni ilə evlənib?

Füzuli Musayev müğənni ilə evlənib

Füzuli Musayevin müğənni Ayan Babakişiyeva ilə gizli ailə həyatı qurması haqda məlumatlar yayılıb.

Mətbuatda Azərbaycan Taekvando Federasiyasının 1-ci vitse-prezidenti Füzuli Musayevin müğənni Ayan Babakişiyeva ilə gizli ailə həyatı qurması haqda məlumatlar yayılıb.
Füzuli Musayev virtualaz.org saytına açıqlama verərək mətbuatda haqqında belə məlumatların yayılmasına çox təəssüfləndiyini bildirib: “Bunu yazanlar boş-boş işlərlə məşğuldu. Mən ailəli adamam. Bunları yazmağa nə ehtiyac var? Çox təəssüflənirəm ki, mətbuatda belə yalan məlumatlara yer verilir”. Musayev bu xəbəri həm də özünə qarşı kiminsə qərəzli mövqeyi kimi qiymətləndirib: “Bizi istəyənlər də var, istəməyənlər də. Görünür, kimsə bizi istəmir və qərəzli şəkildə belə məlumatlar yayır. Bu iddianı yazanlar ən azından onu dəqiqləşdirə bilərdilər”.


xezerxeber