Əsas səhifə / Manşet / Gəlin çantası şirniyyatı
Bizi mobildən daha sürətli  izləyin

Gəlin çantası şirniyyatı

Tərkibi:

  • 1 ədəd yumurta
  • 1 qəhvə fincanı şəkər tozu
  • 3 x/qaşığı duru yağ
  • 2 x/qaşığı kakao
  • 1 su stəkanı süd
  • 1 paket vanil
  • 1 çay qaşığı qabartma tozu
  • 1 su stəkanı un

İçlik:

  • Krem şanti (paketin üzərində yazan südün yarısı əlavə olunacaq)

Hazırlanması:

Keks xəmiri üçün bütün ərzaqları dərin bir qabda mikserlə yaxşıca çırpın. Teflon tavanı ocaqda isidin. Hazırladığınız keks qarışığından 1 yemək qaşığı götürüb yağsız tavaya tökün. (Yaymağa çalışmayın yoxsa forma pozula bilər) Üzərində qabarcıqlar meydana gəlməyə başlayana qədər bişirin. Tək tərəfli bişirdiyiniz keksi bir paketə qoyun (paketə qoymağı səbəbi qatlayanda qırılmaması üçündür. paketə qoyub ağzını örtməyin ki xəmir olmasın). Soyuduqdan sonra krem şantini formaların daxili hissəsinə qoyaraq bükün. Bütün xəmiri eyni qayda ilə bişirin. Hazırladığınız şirniyyatları zövqünüzə görə bəzəyərək servis edə bilərsiniz.

Nuş olsun.

Buna da baxın

“Mələyin göz yaşları” piroqu

Whatsapp ilə PaylaşTərkibi: 160 qr un 80 qr kərə yağı 2 ç/qaşığı şəkər tozu 1 …