Əsas səhifə / Manşet / “Gəlin” pəhrizi necə edilməlidir?
Bizi mobildən daha sürətli  izləyin

“Gəlin” pəhrizi necə edilməlidir?

gelindiyet

Gəlinlərin bir yandan toy təlaşı, bir yandan da arıqlamaq cəhdləri çox zaman  yorucu hala gələ bilir. Bu təlaşın içərisində qidalanmanıza diqqət etmək hardasa imkansız olur. Belə bir zamanda süfrəyə oturub doyunca yemək, enerjinizi bərpa etmək istəyirsiniz. Lakin Qadinklubu.com-un təqdim etdiyi gəlin diyetinin diqqət edilməli nöqtələrinə əməl edərək toy gününüzdə, o gəlinliyin içərisində tam da xəyal etdiyiniz kimi görünə bilərsiniz.

Sürətlə çəki itirməyin ən asan yolu gündə 3 dəfəyə yediyiniz yeməyi bölərək 6 dəfəyə yeməkdir. Yemək aralarında saat fərqi çox olduğundan, 3 dəfə yemək yeyərkən daha çox acır, daha çox yeyirik. Bunu 6 dəfəyə böləndə isə, zaman aralıqları azalır və aclıq da hiss olunmur. Tez-tez və az yemək yeyəcəyiniz gəlin diyetində yağlı yeməklərini meyvə və tərəvəzlərlə, ağartı məhsulları və  az yağlı ətlərlə əvəz edin.

Bol-bol su içmək orqanizminizə yaxşı gələcək, yorğunluğunuzu aradan qaldıracaq. Gündə ən az 10 stəkan içilən su orqanizmininiz itirdiyi suyu bərpa edəcəkdir. Onu da qeyd etmək lazımdır ki, bol su içmək aclığı da yox edir. Lakin mayedir deyə, çay, kofe kimi içkiləri çox qəbul etməyin. Bu içkilərin tərkibindəki kofein selülit və artıq çəkiyə səbəb ola bilir.

Evlilik dönəmində sizə bol-bol şirniyyat yedirməyə çalışan qohum və tanışlarınız mütləq ki olacaq. Onların bu məsləhətlərindən uzaq durmağı, çox məcbur edərlərsə, sadəcə dadına baxmaqla kifayətlənməyə çalışın. Yoxsa, bu dönəmdə qəbul etdiyiniz bütün şirnilərlə toy günü üzləşməli olacaqsınız.

Təbii ki, gəlin pəhrizi dönəmində mümkün qədər idmanla məşğul olmaq sizə yaxşı təsir edəcək və arıqlamağınızı asanlaşdıracaq. Həm də bu qədər stressin arasında elədiyiniz idman sizin xoşbəxtlik hormonunuzu artıracaq, eyni zamanda yediklərinizin həzm olunmasına kömək edəcəkdir.

 

Buna da baxın

10 gündə 10 kilo arıqladan diyet proqramı

Whatsapp ilə Paylaş Möhkəm və əzmli olmaqla qısa bir müddətdə iki bədən kiçilə bilərsiniz. Hər …