Əsas səhifə / Əsas menu / Ailə / Gəlin-qaynana mübahisəsində günahkar kimdir?
Bizi mobildən daha sürətli  izləyin

Gəlin-qaynana mübahisəsində günahkar kimdir?

C4J24G
C4J24G

Gəlin-qaynana mübahisəsində günahkar kimdir?

Bu mövzu haqqında hər nə qədər çox yazılmış, üzərinə filmlər və seriallar çəkilmiş olsa da, hər çağın gündəmdən düşməyən əsas mövzulardandır.

Evliliklərdə hörməti ən çox pozan problemlərin başında gəlin-qayınana arasında yaşanan mübahisələrdir. Bəs bu mübahisələrə səbəb nədir?

Görəsən başlıca səbəb iqtidar döyüşüdür?

Bu problemin iqtidar döyüşündən qaynaqlandığını neçə qadın etiraf edə bilər bilinmir. İşin özünə baxsanız, bəhanə olaraq təqdim edilsə belə, əslində gəlin də qayınana da çox vaxt bir-birlərinin tərzini qəbul etmiş olur. Hər iki qadın üçün də əsl səbəb bir-birlərindən həzz almamaları deyil. Əslində iki qadın da kimin daha güclü olduğunu və oğulun üzərində kimin daha təsirli olduğunu ölçməyə çalışır. Kişi kimin tərəfində olsa, o qadın özünü digərindən daha üstün hiss edir və digərinə göz dağı vermiş olur.

Qaynanalarda vəziyyət başqa cürdür.

Çünki hər qayınana müxtəlif vəziyyətlərdə gəlinini təsdiqləmir və arvadı ilə razılaşdığı üçün oğuluna da hirslənir. Amma bir neçə qayınana bir araya gəldiyində dərdləşib, geri addım atmaq məcburiyyətində qaldıqları nöqtədə isə “nə edim, uşağımın xoşbəxtliyi üçün dözürəm” deyə açıqlayırlar. “Analıq” fədakarlığı etdiklərini vurğuladıqları bu nöqtədə də bir-birlərini təqdir edərək ucaldırlar. Üstəlik onların da öz qayınanaları ilə zamanında yaşadıqları problemlər səbəbləriylə daha təcrübəli olduqlarını da unutmamaq lazımdır.

Halbuki gəlinlər,əlacsız qaldıqlarını hiss etdikdə və ərlərinə analarına qarşı istədiklərini etdirə bilmədikləri zaman, bunu bir məğlubiyyət olaraq qəbul edirlər.Ərlərinin analarının tərəfini tutduqlarını düşündükləri müddətdə ər üçün fədakarlıq etmələri də mümkün ola bilməyəcəyindən onlar bu “məğlubiyyət” ilə həm öz həyatlarını, həm də evliliklərini cəhənnəmə çevirirlər.

Hər gəlin bu vəziyyətdə hissləri ilə deyil ağılı ilə hərəkət etməlidir.

1- Əvvəlcə qayınananızla yaşadığınız problem onunla sizin aranızdadır; sizin yaşadığınız problemin həlli yoldaşınızda deyil, sizdədir.

2- Qayınananıza qarşı müsbət duyğular bəsləmirsinizsə və onun yaxşı niyyətli davrandığını düşünmürsünüzsə belə, niyə sizi üzən bir insana görə yoldaşınızla mübahisə edəsiniz? Siz ərinizlə mübahisə edərkən böyük ehtimal ki, o evdə rahat şəkildə serialını izləyir.

3- Siz hər nə qədər hirsli olursuz olun, unutmayın ki o yoldaşınızın anasıdır. Yoldaşınız əsla anasını sizin gözünüzdən görə bilməyəcək, problemi sizin kimi şərh etməyəcək, şərh etsə də etiraf etməyəcək.

4- Yoldaşınızın sizi qorumasını gözləməyin, siz özünüzü -hörmət və nəzakət çərçivəsində- qoruya biləcək qədər böyüksünüz. Yoldaşınızsa anasının qarşısına hər keçdiyində, dəcəllik etdiyi üçün, danlaq eşitdiyi qısa şalvarlı günlərinin psixologiyasında olacaq.

5- Yoldaşınıza əsla “ya o, ya mən” deməyin. Özünüzü, sizə görə səhvli davranan bir insanla eyni səviyyəyə qoymanın məntiqi yoxdur. Üstəlik heç kim təsir altında seçimi edərək xoşbəxt olmaz.

6- Qayınananızdan şikayət edib dayanmaq və evdəki sakitliyi pozmaq yerinə bu problemi necə həll edəcəyinizi düşünün. Qayınananızın sizə olan davranışlarını dəyişdirmək istəyirsinizsə, bu mövzuda sizin nə edə biləcəyinizi düşünün. Kimsə siz istəyirsiniz deyə dəyişməz, ancaq sizə necə davranılacağını siz təyin edərsiniz.

Buna da baxın

Yoldaşımla mübahisə etmişəm. Nə etməliyəm?

Whatsapp ilə Paylaş Sevgilinizlə və ya həyat yoldaşınızla aranızda olan mübahisə, münasibətinizdə məsafəyə, soyuqluğa səbəb olur.  Əslində …