Əsas səhifə / Manşet / Gəlin tortu
Bizi mobildən daha sürətli  izləyin

Gəlin tortu

Tərkibi:

  • 8 yumurta
  • 200 qr un
  • 200 qr şəkər tozu
  • 1 çimdik duz
  • 1 limon şirəsi
  • 1 limon qabığı

Qaymaqlı krem:

  • 500 ml qaymaq 33% dən az olmamalıdır
  • 100 qr şəkər tozu
  • 10 qr vanil

Üzəri üçün krem:

  • 500 qr qaymaq 33%dən az olmamalıdır
  • 100 qr şəkər tozu
  • 10 qr vanil

Albalılı sirop:

  • 650 qr konservləşdirilmiş albalı
  • 300 qr şəkər tozu
  • 40 qr qarğıdalı nişastası

Hazırlanması:

İlk əvvəl 20 sm diametrli iki siniyə yağlı kağız sərərək kərə yağı ilə yağlayın. Daha sonra limonun qabığını soyaraq sürtgəcdən keçirin. Əsas hissəsinin isə şirəsini çıxarın. Yumurtaların ağını sarısından ayırın. Ağına 1 çimdik duz əlavə edərək beze halına gələnə qədər qarışdırın. Daha sonra az-az şəkər tozunu əlavə edərək qarışdırmağa davam edin. Digər qabda yumurta sarılarına şəkər tozu əlavə edərək qarışdırın. Daha sonra qarışıma sürtgəcdən keçirilmiş limon qabığını və limon şirəsini əlavə edərək qarışdırmağa davam edin. Az-az bezeni qarışıma əlavə edərək qarışdırın. Ələkdən keçirilmiş unu əlavə edərək bir az daha qarışdırın. Bir maddəli qarışım əldə etdikdən sonra qarışdırmayın. Qarışımı iki hissəyə bölərək sinilərə əlavə edin. Əvvəlcədən isidilmiş 170 dərəcəlik sobada təxmini 1 saata qədər bişirin. Xəmir bişərkən sobanın qapağını açmayın. Hazır olduqdan sonra soyumasını gözləyin. Soyuduqdan sonra sinidən çıxararaq biskvitləri iki hissəyə bölün. Hər biskvitin üzərinə krem və albalılı sirop çəkərək üst-üstə düzün. Sonuncu biskviti qoyduqdan sonra qalan kremə vanil əlavə edin. Tortun mərkəzi hissəsi istisna olmaqla hər tərəfini kremlə örtün. Mərkəzinə isə albalılı siropu əlavə edin. Kənarlarını artıq qalan kremlə zövqünüzə görə bəzəyərək servis edə bilərsiniz.

Kremin hazırlanması:

Konservləşdirilmiş albalını süzərək, 325 qr albalı və 325 qr albalı siropu əldə edirik. Albalı siropundan bir miqdar ayıraraq nişasta ilə qarışdırın və bir kənara qoyun. Qalan siropu və şəkər tozunu qazana əlavə edərək ocağa qoyun. Şəkər tozu tam həll olunana qədər qarışdırın. Daha sonra albalıları da əlavə edərək qaynamağa başlayana qədər qarışdırmağa davam edin. Hazır olduqda ocağı söndürüb soyuması üçün bir kənara qoyun.

Bəzək üçün kremin hazırlanması:

İstəsəniz hər iki (bəzək üçün və mərkəzi üçün olan) kremi eyni vaxtda, istəsəniz də ayrı-ayrı hazırlaya bilərsiniz. Biz birlikdə hazırlayırıq. 1 litr qaymağa 200 qr şəkər tozu əlavə edərək qarışdırın.

Nuş olsun!

Buna da baxın

Tez hazırlanan çiyələkli peçenyə

Whatsapp ilə Paylaş Çox dadlı, zərif və ətirli peçenyədir. Tərkibi: 300 qr çiyələk 100 qr …