Əsas səhifə / Əsas menu / Sağlamlıq / Gənc qalmaq üçün lazım olan qidalar
Bizi mobildən daha sürətli  izləyin

Gənc qalmaq üçün lazım olan qidalar

qüer

Qadınklubu.com gənc qalmaq üçün lazım olan qidaları təqdim edir.

Portağal

Dinamizmin qaynağıdır. Damar tıxanmasının qarşısını alır. Bədəndəki müqaviməti artırır. Pomidor: Xərçəng önləyici antioksidan ehtiva edir. Qadınlarda süd vəzi və yumurtalıq xərçəngi riskini azaldır. İnfarkt riskini də azaldan xüsusiyyəti var.

Gül kələmi

Yaşlanmağı gecikdirən bitkilərin önündə durur. Toksinlərin meydana gəlməsinə maneə törədir. Bədəndəki hüceyrələrin zərər görməsini yavaşladır. Xərçəngə qarşı da qoruyucudur.

Yulaf

Xolesterol azaldıcı xüsusiyyəti var. Həzmi sürətləndirdiyi üçün də pəhriz reseptlərində seçilir.

Somon balığı

Bir boşqab somon balığı 19 qram zülal və Omeqa-3 ehtiva edir. Omeqa-3 infarkt riskini azaldaraq, qan təzyiqini nəzarətdə saxlayır.

Yaşıl noxud

Zülal, lif və nişasta baxımından zəngin qidadır. Yaşıl noxud bədənə enerji verir və bədəni qüvvətləndirir. Əzələlərin inkişafına və yenilənməsinə kömək edir. Qan xərçənginə qarşı qoruyucudur. Qaraciyərin işini nizamlayır.

Qoz

Yüksək xolesterolu salan qoz damar tıxanması və şəkər xəstəliyinin müalicəsinə köməkçi olur. Ehtiva etdiyi dəmir sayəsində qan azlığına yaxşı təsir göstərir.

Böyürtkən

Yaşlılıqdan qaynaqlanan yaddaş itkisinin qarşısını alır. Bundan başqa, gözəllik qaynağı kimi də bilinir.

Qatıq

Zəngin qida dəyəri sayəsində immunitet sistemini gücləndirər, bu xüsusiyyəti səbəbiylə bədəni xərçəngdən qoruyur. Bədəndə öz-özünə həzm edilən tək qida qatıqdır. Vərəm xəstəliyinə qarşı təbii bir antibiotik təsiri göstərir.

Balqabaq

Bir kiçik qab balqabaq, gündəlik beta-karoten ehtiyacının 25 faizini, C vitamini ehtiyacının yüzdə 10-unu qarşılayır və yaxşı miqdarda kalium ehtiva edir. Ayrıca yaxşı bir lif qaynağıdır. Beta-karoten, bir çox xərçəng növünün qarşısını almağa köməkçi ola bilər.

Soya paxlası

53 qramlıq soya ununda 31 yumurtanın, 6 böyük şüşə südün və ya 900 qramlıq sümüksüz ətin ehtiva etdiyi qədər zülal olduğu müəyyənləşib.

Hind toyuğu

125 qramı bədənin gündəlik fol turşusu ehtiyacını qarşılayır. Fol turşusu qan hüceyrələrinin yenilənməsinə yardımçı olur.

İspanaq

Antioksidan xüsusiyyət daşıyan A vitamininə çevrilən beta-karoten ehtiva edir. Sağlam gözlər üçün lazımlıdır.

Çay

Gündə 2 stəkan içilən çayla, 4 alma, 5 soğan, 7 portağal yemiş kimi ürək dostu antioksidan maddə almış olarsınız. Xüsusilə uşaqların həftədə ən az 6 stəkan südlü çay içməsi təklif edilir.

Buna da baxın

Bu qidaları soyuducuda saxlamayın

Whatsapp ilə Paylaş Bəzi qidalar var ki, onları soyuducuda saxlamaq, sağlamlıq və qida dəyərinin azalması …