Əsas səhifə / Əsas menu / Dəb / Gənc qızların yeni sevimlisi-“Dream catcher” lər
Bizi mobildən daha sürətli  izləyin

Gənc qızların yeni sevimlisi-“Dream catcher” lər

11651365_1583349798594206_393961210_n

Gənc qızların yeni sevimlisi-“Dream catcher” lər

Dream catcher”- Şəkildə gördüyünüz dekorasiya bu cür adlanır. Dilimizdə “Xəyal tələsi”, “yuxu ovçusu” kimi mənalara gəlir.
Son dövrlərdə xüsusi ilə gənc qızların sevimlisinə çevrilən bu aksesuarların çox maraqlı tarixi vardır.

Pis fikirləri uzaqlaşdırıb, xoş hisslərin oyandırdığına inanılan xəyal tələsinin ( dream cathce) tarixi qızıldərililərə qədər gedib çıxır. Daha doğrusu, bu yayın trendlərindən biri olan xəyal tələsi elə qızıldərililərə aiddir. Onların inanclarında bu, pis yuxuları özünə çəkən tələ hesab olunur. Qızıldərililər onu yatağın baş tərəfindən asarlarmış. İnanclara görə, xəyal tələsi kabusların gerçəkləşməsindən, pis yuxulardan insanı qoruyurmuş. Yenə eyni inanca görə, başı üstə xəyal tələsi asılmış şəxs pis yuxu görərsə, xəyal tələsini yandırıb yenisini hazırlamalı imiş.

11657424_1583349781927541_2060381276_n

Xəyal tələsi xüsusilə yeni doğulan körpələrin başı üstə asılarmış ki, pis yuxular onları narahat etməsin.

“Həyat halqası” olaraq da adlandırılan xəyal tələsi, əsasən söyüd ağacından hazırlanır. “Həyat halqası” olaraq adlandırılmasının əsas səbəbi isə belə izah olunur ki, insan doğulandan ölənəcən dönüb-dolaşıb eyni nöqtəyə qayıdır: körpəlik, uşaqlıq, gənclik, yetikinlik, qocalıq və yenidən körpəlik çağı.

 

Halqaya dolanan-hörülən və ortası boş qalan torun isə halqa ilə qovuşduğu nöqtələrin sayına görə fərqli mənaları var. Məsələn, halqa ilə 8 nöqtədə birləşən tor hörümçəyin ayağı ilə simvolizə edilirmiş. Ətrafına yerləşdirilən tüklər bəzilərinə görə, yaxşılıq yolunun simvolu hesab edilir. Bir əfsanəyə görə isə, bunu- xəyal tələsini yayan insanın yuxusunda gördüyü bildirilir.
İstənilən halda maraqlı və gözəl dekorasiyadır. Bundan başqa, bir hekayəsi olan aksessuara sahib olmaq çox maraqlıdır.

11355484_946391078716324_951130580_n

Buna da baxın

Ən çox görülən yuxular və anlamları

Whatsapp ilə Paylaş Hündürlükdən yıxılmaq – Yuxuda hündür bir yerdən yıxılmaq şüuraltından gələn bir qırmızı …