Əsas səhifə / Əsas menu / Sağlamlıq / Gənc yaşda saçlarınız ağarırsa
Bizi mobildən daha sürətli  izləyin

Gənc yaşda saçlarınız ağarırsa

ag

Gənc yaşda saçlarınız ağarırsa

Ağaran saçların tibbi çarəsinin olmadığını bilirik. Lakin bitki mənşəli resepləri də sınamaqda zərər görmürəm. Bitki mütəxəssisləri ağaran saçlara əvvəlki rəngini qazandıracaq bitki mənşəli qarışımları bizlərə təklif edirlər. Bizlər də həmin qarışımları sizlərlə paylaşmaq istədik.
Bu qarışımların tətbiqi çox faydalıdır, lakin insandan insana təsir dərəcəsi də dəyişir. Sınamaqdan zərər gəlməz, elə deyilmi?

Lazım olan vəsaitlər:

200 qr kətan toxumu
4 ədəd ortaboy limon
3 kiçik diş sarımsaq
1 kq bal

 

Hazırlanması:

Limonlardan iki dənəsini soyun və sarımsaqla birlikdə blenderdə qarışdırın. Bunlar biraz qarışdıqdan sonra kətan toxumlarını və balı da əlavə edin və blenderi yenidən işə salın. Qarışdırma əməliyyatı bitincə qarışımı şüşə bir qaba qoyun və qapağını möhkəmcə bağlayın. Qarışımı mütləq soyuducunda saxlayın, əsla otaq istiliyində qalmasın.

İstifadəsi:

Hazırladığınız qarışımdan yeməklərdən yarım saat əvvəl 1 yemək qaşığı yeyin. Yeyəndə də, hazırlayanda da taxta qaşıq istifadə etməyiniz mütləqdir. Yəni gündə üç dəfə bir taxta qaşığı qəbul etməlisiniz. Qarışım bitdikdə yenisini hazırlaya bilərsiniz.

Buna da baxın

Saç uzadan kartof maskası

Whatsapp ilə Paylaş Saç uzadan kartof maskası Kifayət qədər vitamin və mineral almadığınız zaman saçlarınızın …