Əsas səhifə / Manşet / “Gənclərə multikultural dəyərlərin təbliği” layihəsi sona çatdı
Bizi mobildən daha sürətli  izləyin

“Gənclərə multikultural dəyərlərin təbliği” layihəsi sona çatdı

20-21 noyabr tarixlərində Gədəbəy rayonunun Slavyanka kəndində Azərbaycan Respublikası Prezindenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə “Gənclərə multikultural dəyərlərin təbliği” layihəsi baş tutub.

 

Layihə rəhbəri Ülkər Ələsgərovanın saytımıza verdiyi məlumata əsasən, təlim 2 saylı orta məktəbin 8-9 cu sinif şagirdlərindən 30 nəfər üçün həyata keçirilib. Layihənin birinci günü baş tutan təlimdə şagirdlərə multikulturalizm haqqında məlumatlandırıcı məlumatları özündə ehtiva edən bukletlər paylanılıb. Şagirdlərə bildirilib ki, multikulturalizm müəyyən birləşmiş cəmiyyət daxilində etnik, irqi, dini və mədəni müxtəlifliklərin qorunmasına və inkişafına yönələn bir siyasətdir. Hər bir insana milliyyəti, irqi, dini inancı və başqa fərqliliklərindən asılı olmayaraq ona hörmətlə yanaşmalı, tolerant münasibət göstərilməlidir. Daha sonra şagirdlər komandalara bölünərək qrup işi formasında rəsmlər çəkərək multikulturalizmin onlar üçün necə anlam daşıdığını ifadə ediblər.

15226392_915622275235121_1168947202_n

Təlimin ikinci günündə isə təlimçi Nicat Mehralıyev Respublika Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2016-cı il Multikulturalizm ili elan edildiyini iştirakçıların nəzərinə çatdırıb. Bildirib ki, multikulturalizmin güclü forması etnik azlıqlara öz etnik – mədəni dəyərlərini qorumaq üçün azadlıq verməklə yanaşı onların yaşadıqları cəmiyyətə bütün sahələrində fəal iştirak etmələri üçün hər cür şəraitin yaradılmasını tələb edir.

15174443_915622198568462_474118452_n

Multikulturalizmin güclü forması cəmiyyətdəki etnik – mədəni müxtəlifliyə münasibətdə dözümlüyün nümayiş etdirilməsi ilə kifayətlənmir. O, bu müxtəlifliyin dövlət tərəfindən inkişaf etdirilməsini, onun maddi, hüquqi və mənəvi cəhətdən dəstəklənməsini vacib hesab edir. Bu baxımdan Azərbaycanın multikulturalizm sahəsində dünya ölkələrinə nümunə olduğunu qeyd edib. İştirakçılar arasında hədiyyəli müsabiqə keçirilib və ilküç yer mükafatlandırılıb. Sonda iştirakçılara sertifikat verilib və xatirə fotosu çəkilib.

15218319_915622258568456_70888231_n

15207915_915622241901791_150448858_n

Buna da baxın

Gözəllik, sağlıq və uşaqlarınız üçün soda

Whatsapp ilə Paylaş Arıqlamaq üçün, saçlarınız, dişləriniz, tər probleminiz, mədə probleminiz, burun tıxanıqlığı üçün, körpənizin …